"Daxili bazarı xarici investorlara təhlükəsizlik şərtləri ilə açmağa yönələcəyik"
“Biz daxili bazarımızı vətəndaşlarımıza, kiçik investorlara, o cümlədən xarici investorlara təhlükəsizlik şərtləri ilə açmağa yönələcəyik”.
Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
O bildirib ki, daxili borclanma üçün kifayət qədər resurs mövcuddur: “Bu dövrdə daxili borclanmaya getməli idik. Biz eyni inkişaf mərhələsində formalaşan qonşulara baxsaq, 10%-lik səviyyəyə yaxınlaşan borc var. 10%-lik borc kapital, borc, pul bazarına göstərdiyi təsir baxımından olduqca əhəmiyyətlidir. Daxili borclanma bazarımızı inkişaf etdirmək, struktur baxımından da olduqca əhəmiyyətlidir”.
“Biz indi büdcənin yığcamlaşdırılmasına getsək, ciddi makroiqtisadi risklər yaradarıq”, - Elman Rüstəmov deyib.
Sədr bildirib ki, ölkənin maliyyə buferinin dəstəklənməsi üçün Azərbaycan hökuməti çox ciddi və düşünülmüş iqtisadi manevrlər edir: “Mövcud ehtiyatlardan istifadə edilir, makroiqtisadi sabitlik təmin olunur. İqtisadi subyektlərə, əhaliyə genişmasştablı yardım göstərilir. Bu siyasətdən çıxış strategiyası da olmalıdır. Amma ilk olaraq bunun üçün şərtlər yetişməlidir. Əgər pandemiya ilə bağlı vəziyyət aradan qaldırılsa, biz 2022-ci ilin büdcəsində vəziyyətdən çıxış strategiyası hazırlayacağıq”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















