Qida Təhlükəsizliyi İnformasiya Sistemi xarici ölkələrin sistemləri ilə inteqrasiya ediləcək
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Agentliyin yaydığı məlumatda bildirilir ki, hazırda bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertikatın alınması üçün bütün ölkə üzrə sahibkar tərəfindən müraciətlərin göndərilməsi, araşdırılması, icrası, müayinə üçün nümunələrin götürülməsi, sınaq protokollarının hazırlanması, dövlət rüsumunun ödənilməsi və yekunda fitosanitar sertifikatın hazırlanması prosesləri tam olaraq elektron formada aparılır. Yekunda hazırlanmış elektron sertifikatı sahibkar AQTİS vasitəsilə öz “Şəxsi kabinet”indən əldə edə bilər. Təqdim olunan fitosanitar sertifikatın doğruluğunu sertifikat üzərində əks olunan QR kodu oxudaraq və ya e-afsa.gov.az/search ünvanına daxil olaraq sertifikatın nömrəsini qeyd etməklə yoxlamaq mümkündür.
Gələcəkdə AQTİS sisteminin idxal-ixrac əməliyyatları ilə bağlı xarici ölkələrin müvafiq qurumlarının elektron sistemləri ilə inteqrasiya edilməsi nəzərdə tutulub. Bu inteqrasiya həyata keçirildikdən sonra sertifikatların elektron formada qarşı tərəfə birbaşa ötürülməsi, sertifkatların saxtalaşdırılmasının qarşısının alınması, proseslərin sürətlənməsi, sertifikatların itməsi və ya korlanması probleminin aradan qaldırılması, həmçinin notifikasiyaların elektron formada ötürülməsi təmin olunacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















