Bu ölkədə dollar iki ildə 1871 dəfə bahalaşıb
ABŞ-ın ağır iqtisadi sanksiyalar tətbiq etdiyi Venesuelada dollar/bolivar məzənnəsi, son bir ildə 22 dəfə, son iki ildə 1871 dəfə yüksəlib. Müxalifətin açıqladığı məlumatlara görə, ölkədə noyabrda illik inflyasiya 4 min faizi keçib.İqtisadi və siyasi böhranın vurduğu Venesuelada pul vahidinin həddindən artıq dəyərdən düşməsi davam edir. ABŞ dolları/Venesuela Bolivarı məzənnəsi, bu il 22 dəfə artıb.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, 27 dekabr2019-da 45 min 200 bolivar olan məzənnə, bu ilin dekabr ayında 1 milyonu aşıb və 18 dekabrda 1 milyon 53 min 746 bolivar səviyyəsinədək yüksəlib.
28 dekabr 2018-də isə məzənnə 563 idi. Son iki ildə məzənnə 1871 qat artıb.
İNFLYASİYA 6500 FAİZDİR
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, Venesuelada inflyasiya 6500% səviyyələrindədir. Reuters-in müxalifətin açıqladığı məlumatlara istinadən yaydığı məlumata görə, noyabr ayında aylıq istehlakçı qiymətləri inflyasiyası 65,7% olub. Oktyabrdakı aylıq artım isə 23,8% idi. Müxalifətin məlumatına görə, noyabrdakı illik artım isə 4 min 87% olub.
Dünyanın sübut edilmiş ən böyük neft ehtiyatına sahib ölkəsi olan Venesuelada, qida böhranı ilə bərabər yanacaq qıtlığı da yaşanır. İran, son dövrdə ölkəyə yanacaq tankerləri göndərir. Bu tankerlərin bir qisiminə ABŞ əl qoymuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)






.jpg)




