Bank BTB Ani Ödənişlər Sisteminə qoşuldu
(®️) Bank BTB daim müştərilərinin rahatlığını düşünərək, onları innovativ və rəqəmsal həllərlə təmin edir və bu istiqamətdə həyata keçirilən layihə və tədbirlərdə aktiv iştirak edir.
Beləliklə, bankımız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılan Ani Ödənişlər Sisteminə (AÖS) inteqrasiya oldu. Ani Ödəniş Sistemi (AÖS) rəqəmsal ödənişlərin effektivlik səviyyəsini yüksəldir, ölkədaxili milli valyuta hərəkətinin sürətli və asan olmasını təmin edir.
Belə ki, dünyanın qabaqcıl ölkələrində olduğu kimi bizim ölkədədə AÖS vasitəsilə icra olunan ödənişlərin 24/7/365 rejimində, sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN, e-poçt) həyata keçirilməsi mümkündür. AÖS-ün daha bir özəlliyi ondan ibarətdir ki, vəsaitin köçürmə prosesi cəmi 10 saniyədə tamamlanır. Qeyd edək ki, ödənişlər yalnız milli valyutada icra olunur. Sistem əməliyyatları Mərkəzi Bank tərəfindən yaradılan portal vasitəsi ilə həyata keçirilir. Diqqətinizə çatdıraq ki, yaxın gələcəkdə müştərilərimizə təqdim edəcəyimiz yeni Mobil Bank tətbiqimizdə AÖS sisteminə qoşulacaq.
Nəzərinizə çatdıraq ki, Ani Ödəniş Sistemi ( AÖS ) yaxın zamanda müştərilərə Kassa Aparatlarında, Mobil Əlavələrdə, Pos Terminal Ödəmələrində, Elektron Ödəniş Terminallarında və bu kimi bir çox sahələrdə əlverişli xidmətlər təqdim edəcəkdir.
Bank BTB-nin məhsul, xidmət və kampaniyaları haqqında məlumat almaq istəyən şəxslər (012) 946 nömrəli Məlumat mərkəzinə, www.btb.az rəsmi saytına, onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)

















.jpg)
