Dövlət Neft Fondu bu layihəyə vəsait ayırmağı dayandırdı
Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı layihələrin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan 2021-ci ildə vəsaitin ayrılması nəzərdə tutulmamışdır.
Marja xəbər verir ki, bu, Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Qeyd edilib ki, bu tədbirlərin Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr edilməsi haqqında 31.10.2007 tarixli 2475 nömrəli, habelə “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 21.02.2011 tarixli 1346 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq olaraq 07.05.2008 tarixli 163s nömrəli və 08.06.2011 tarixli 149s nömrəli Sərəncamlarına əsasən bu tədbirlər üzrə sifarişçi təşkilat Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) təyin edilmişdir.
2020-ci ilin 9 ayı ərzində Neft Fondunun büdcəsinin icrası çərçivəsində bu tədbirlərin maliyyələşdirilməsinə ümumilikdə 178,5 milyon manat vəsait ayrılmış və bu xərc maddəsi büdcədə nəzərdə tutulana nisbətən (200,0 milyon manat) 89,2 faiz səviyyəsində icra olunmuşdur. Fondun bu xərc maddəsi üzrə xərcləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə (126,4 milyon manat) 41,2 faiz çox olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















