Dövlət Neft Fondu daşınmaz əmlak investisiyalarında zərər edib
30 Sentaybr 2020-ci il tarixində Neft Fondunun daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi miqdarı 2 milyard 570,4 milyon ABŞ dolları təşkil etmişdir.
Marja xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir.
Rəydə qeyd edilib ki, Fond London şəhərinin West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 117 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 3 334,2 milyon Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 188,9 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən və dəyəri 57,232 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə, investisiya etmişdir.
Bundan əlavə daşınmaz əmlak portfelinə “PGIM”, “AXA Investment Management”, “PAG”, “E-Shang Redwood”, “Gaw Capital”, “Blackstone”, “BlackRock”, “Walton Street”, “Ares”, “GreenOak”, “Starwood”, “Angelo, Gordon & CO” və “FLE SICAV-FIS” tərəfindən idarə olunan fond investisiyaları; “PGIM”, “Gaw Capital”, “BlackRock”, “Walton Street”, “KIC” və “AroundTown” ilə birlikdə müştərək investisiyalar daxil olmuşdur.
2020-ci ilin sentyabr ayında ARDNF 521.5 milyard Koreya vonu (bütün xərclər daxil olmaqla) müqabilində Seul şəhərinin mərkəzi-biznes ərazisində yerləşən Payn Avenyu A Qülləsini “Shinhan Card” şirkətinə satmışdır. 30 sentyabr 2020-ci il tarixinə Fond bu daşınmaz əmlakdan ümumilikdə təqribən 129 milyard Koreya vonu həcmində gəlir (qiymət artımından və icarədən əldə edilən gəlirlər) əldə etmişdir ki, bu da illik 5% gəlirlilik deməkdir.
2020-ci ilin 9 ayı ərzində əmlak portfelinin gəlirlilik göstəricisi -2,63% təşkil etmişdir.
2020-ci ilin 9 ayı üzrə daşınmaz əmlak investisiyalarında müşahidə olunan mənfi gəlirliliyin əsas səbəbi ilin əvvəlindən hökm sürən koronavirus pandemiyasının maliyyə bazarlarında yaratdığı qeyri-müəyyənliklə izah etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























