“Atrabank”ın Kreditorlar Komitəsi yaradılıb
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27.01.2016-cı il tarixli, 07/03 saylı qərarı ilə “Atrabank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilmiş, Azərbaycan Respublikası Ali məhkəməsinin 11.08.2016-cı il tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya məhkəməsinin 10.05.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və Atrabank ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır.
1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atrabank” ASC-yə ləğvedici təyin olunmuşdur.
Ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi və bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin yaradılması zərurəti yaranmışdır.
Bununla əlaqədar “Banklar haqqında” Qanunun 86.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kreditorlar komitəsinin yaradılması təşəbbüsünün dəstəklənməsi üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunmuş və Palata tərəfindən müsbət cavab alınmışdır.
19.01.2017-cı il tarixdə ləğv prosesində olan “Atrabank” ASC-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, 07.03.2017-cı il tarixdə isə müvafiq sorğu məhkəmə tərəfindən təsdiq edilmişdir.
Məhkəmənin qərarı rəhbər tutularaq ləğvedici tərəfindən komitənin tərkibinin formalaşdırılması üçün bankın kreditorlarına artıq dəvət məktubları da göndərilmişdir.
Göstərilənlərlə əlaqədar bildiririk ki, 12.05.2017-cı il tarixdə “Atrabank” ASC-nin ləğvi ilə bağlı Kreditorlar Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulur.
Kreditorlar Komitəsinin iclası saat 15:00-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcəkdir. Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak olunması xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















