Ukrayna Azərbaycandan pomidor idxalına başlaya bilər
“Azərbaycandakı pomidor istehsalçıları üçün qonşu Rusiya logistika və qiymət baxımından ən əlverişli bazardır”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İxracın Təşviqi Departamentinin direktoru Fuad Cəfərov bildirib.
“Məhsulunu Rusiyaya rahat, qısa müddətə çatdıran və yüksək qiymətə satan sahibkarlar uzaqda yerləşən və qiymətin aşağı olduğu Körfəz ölkələrinə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə pomidor ixrac etməkdə maraqlı deyil. Üstəlik Dubayda Şəmkir pomidorları kimi iri pomidorlar elə də satılmır. Onlar əsasən salxım pomidorlarına üstünlük verirlər və son nəticədə Türkiyə, Mərakeş kimi ölkələrdən Dubay bazarına məhsullar daxil olur.
Azərbaycan pomidorlar Ukrayna bazarında özünə yer edə bilər. Doğrudur, bu ölkədə daha ucuz satılan Türkiyə pomidorları ilə rəqabət aparmaq lazımdır, amma Ukraynadan daima bizə təkliflər gəlir. Baxmayaraq ki, bizim pomidorlarımız bahadır. Amma həmin məhsullar Ukraynada tanındığı üçün orada satmaq mümkündür. Bu isə yenə də vaxt və marketinq tələb edir".
Report
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
38 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























