"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 65 milyon manatı ötüb
Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2019-cu ili 20 milyon 431 min manat zərərlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2018-ci ilə nisbətən 25,6 % azdır.
Bununla belə, səhmdar cəmiyyətinin yığılmış zərəri 17,9% artaraq 65 milyon 290 min manata çatıb.
2019-cu ildə "Şahdağ Turizm Mərkəzi"nin əməliyyat gəlirləri 20 miylon 366 min manat (illik müqayisədə 0,6 % az), o cümlədən sas əməliyyat gəlirləri 8 milyon 639 min manat (13,1 % az), dövlət büdcəsindən subsidiya hesabına gəlirləri 10 milyon 169 min manat (dəyişməyib), sair gəlirləri 1 milyon 561 min manat (4,2 dəfə çox) təşkil edib.
Hesabat dövründə şirkətin əməliyyat xərcləri isə 35 milyon 870 min manat (16,3 % az), o cümlədən istifadə etdiyi material ehtiyatlarının dəyəri 2 milyon 722 min manat (35,4 % az), işçi heyəti üzrə xərcləri 3 milyon 681 min manat (14,9 % az), amortizasiya xərcləri 20 milyon 954 min manat (6,7 % az), kommunal xərcləri 1 milyon 628 min manat (17,9 % çox), sığorta xərcləri 1 milyon 537 min manat (9,5 dəfə çox), digər xərcləri 5 milyon 346 min manat (1,9 dəfə az) olub.
Bundan başqa, 2019-cu ildə "Şahdağ Turizm Mərkəzi" maliyyə xərclərinə 366 min manat (20,4 % çox) yönəldib, 4 milyon 562 min manat (4,5 % az) gəlir vergisi ödəyib.
2020-ci il yanvarın 1-nə "Şahdağ Turizm Mərkəzi"nin 483 milyon 627 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 4 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 5,7 dəfə azalaraq 2 milyon 142 min manata, balans kapitalı isə 2 % azalaraq 481 milyon 485 min manata düşüb.
Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546 milyon 776 min manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur









.jpg)







.jpg)

