Tovuzda Fitosanitar Laboratoriyası fəaliyyətə başlayıb
Ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, eləcə də aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ən müasir cihazlarla təchiz edilib.
Hazırda İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyaların sayının artırılması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
İdxal-ixrac prosesinin sürətləndirilməsi məqsədilə AQTİ-nin nəzdində daha bir Fitosanitar Laboratoriyası Tovuz rayonunda fəaliyyətə başlayıb və ən müasir cihazlarla təchiz edilib. Tovuz Regional Sınaq Laboratoriyasında fəaliyyət göstərən Fitosanitar Laboratoriyasında ölkəyə idxal olunan və Azərbaycandan ixrac olunan bitki və bitkiçilik məhsullarında pomidor lağımlayıcı güvəsi (Tuta absoluta Meyrick), kaliforniya çanaqlı yastıcası (Quadraspidiotus pemicious) və digər zərərvericilərin aşkarlanması üçün müayinələrin həyata keçirilməsinə başlanılıb. Qeyd edək ki, sözügedən zərərvericilər fitosanitar riski və iqtisadi zərəri baxımından Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) A2 siyahısına daxil edilib və Avropa qitəsində sürətlə yayılır.
Hazırda Tovuz Regional Sınaq Laboratoriyasının Mərkəzi Fitosanitar Laboraboratoriyasında çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlimlər keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















