Rolls-Royce-ın ən uğurlu modelinin yeni versiyası Bakıda təqdim edildi
Fevralın 1-də “Improtex Motors” şirkəti “Rolls-Royce Motor Cars Baku” satış-sərgi salonunda yeni “Rolls-Royce Ghost” avtomobilini media nümayəndələrinə fərdi görüşlər təşkil edərək təqdimatını keçirib.
“Improtex Motors”un Baş direktoru Bayram Yaqubov deyib: “Biz 2021-ci ilə ən çox gözlənilən “Rolls-Royce”un debütündən başlamaqla çox məmnunuq.
Qudvudda yaradılan ilk “Ghost” həm yaşına, həm də fikirlərinə görə fərqlənən yeni nəsil müştərilərin tələblərinə cavab olaraq yaradılıb. Bu insanlar bizə “Rolls-Royce”un ölçüsünü bir qədər kiçik və daha az iddialı görmək istədiklərini bildiriblər. Onlar üçün yaradılan modelin uğuru ən cəsarətli gözləntiləri aşıb. “Ghost” markanın 116 illik tarixi üçün ən uğurlu modeli olub. Yeni “Ghost”un öz sələfindən miras alacaq yeganə elementləri "Ekstaz ruhu" heykəlciyi və qapılardakı çətirlərdir. Qalan hər şey yenidən dizayn edilib və məharətlə sıfırdan hazırlanıb".
Markanın fərqləndirici xüsusiyyəti - "Sehrli xalça uçuşu" ilə müqayisə edilən gedişin yumşaqlığı əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Yeni “Ghost” üçün mühəndislər “Planar” sistemini tətbiq edərək asqını tamamilə təkmilləşdiriblər. Həndəsi daha hamar və düz səthin şərəfinə adlandırılan sistem onillik inkişaf və sınaqların nəticəsidir. Nəticə əvvəllər bütün minik avtomobilləri üçün əlçatmaz olan yer üzərində uçuş hissidir.
Özü bağlanan qapılar – Qudvuddan olan ilk “Phantom” dövründən “Rolls-Royce” alıcılarının sevimli funksiyasıdır. Cihazlar panelində və arxa oturacaqda yerləşən düymələrin köməyi ilə müştərilər asanlıqla qapıları aça bilərlər. Yeni “Ghost”da bu əfsanəvi funksiya təkmilləşdirilib. Bundan sonra qapılar ilk dəfə olaraq hər hansı bir səy göstərmədən elektrik ötürücü ilə açıla bilər. Avtomobildən çıxdıqdan sonra, sahibi dəstəyin düyməsini basaraq qapını avtomatik olaraq bağlaya bilər.
Yeni “Ghost” müasir avtomobil salonunda mövcud olan ən təmiz havanı təmin edən yenilikçi mikro hava təmizləmə sistemi (MEPS) ilə təchiz edilib. Müştəriləri dəm qazı və tozcuqlar, eləcə də bəzi virus və bakteriyalardan qoruyan mövcud hava filtrasiyası texnologiyası yenidən təkmilləşdirilib.
Yeni “Ghost” sadəliyində mükəmməldir, lakin bu səssizlik atmosferinin yaradılması brend tarixinin ən böyük çağırışlarından biri olub. Şübhəsiz ki, yeni “Ghost” tarixin ən texnoloji “Rolls-Royce”dir. Təchizatın siyahısına 600 metrdən çox işıqlandırma məsafəsi olan işıq diodu və lazer fənərləri, heyvanlar və piyadaların gündüz və ya gecə saatlarında yolda peyda olması barədə qabaqcadan xəbərdarlıq edən “Vision Assistant” sistemi, sürücünün yorğunluğunu təhlil edən “Alertness” köməkçisi sistemi, avtomobilin panoramik baxışını təmin edən 4 kameralı monitorinq sistemi daxildir, aktiv kruiz kontrol sistemi - toqquşma qarşısının alınması sistemi, toqquşma xəbərdarlığı sistemidir, park etmə köməkçisi, həmçinin ən qabaqcıl naviqasiya və əyləncə sistemləri.
Yeni “Ghost Extended” üçün mütəxəssislər gələcək “Rolls-Royce” avtomobilləri üçün etalon olacaq “Sükunət formulunu” yaradıblar. Formulun ilk elementi daha yüksək akustik müqavimətə malik olan alüminium konstruksiyadır. Mühərrik lövhəsi və döşəməsi ikiqat konstruksiyaya malikdir, qatların arasındakı məkan salona daxil olan yol səs-küyünü azaltmaq üçün kompozit səs azaldan material ilə işlənilib. Yeni “Ghost”da 100 kiloqramdan çox səs izolyasiyası var ki, bu da qapılara, damlara, ikiqat şüşəli pəncərələrə, şinlərin daxilində və hətta banın konstruksiyasının daxilində istifadə olunub.
Yeni “Ghost”un hər bir detalında minimalizmin estetikasının təcəssümü markanın dizaynerlərinin əsas məqsədi olub. Nəticədə, “Rolls-Royce”un qüsursuz deyə tanınmış olduğu təmkinli və həqiqi dizayn yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
16 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
33 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 50 d. əvvəl
-
56 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim





























