Hasilatın azaldılması müqaviləsi təsirsiz oldu, neft kəskin düşdü
Neft qiymətləri, ABŞ-da davam edən istehsal artımının, OPEC-in təklif çoxluğunu aradan qaldırmaq məqsədilə hasilatı azaltmasından irəli gələn qazancları aradan qaldırması ilə kəskin aşağı düşüb.
"Marja" xəbər verir ki, ABŞ-da Enerji İnformasiya İdarəsinin Çərşənbə günü açıqladığı məlumatlara görə, neft hasilatı 28 Aprel həftəsində də artaraq ardıcıl 11-ci həftədə də yüksəlib.
Nigeriyanın neft nazirinə görə, OPEC yəqin ki, hasilatın azaldılması müqaviləsini daha altı ay uzatmaq qərarı verəcək, ancaq ABŞ-da şist nefti istehsalına dair qayğılar davam edir.
25 İLLİK DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR
ABŞ-da hasilatın artması, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu digər istehsalçıların səylərini təsirsiz edir. Bununla əlaqədar olaraq neft kəskin düşdü.
OPEC, İyun ayında başa çatacaq istehsalın azaldılması müqaviləsinin uzadılıb-uzadılmamasını müzakirə etmək üçün 25 Mayda Vyanada toplantı keçirəcək. Hökumətdən bir rəhbərliyə görə, Rusiyanın müqavilənin uzadılmasını dəstəklədiyi qeyd edilir.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Analitiklər bildirirlər ki, OPEC-in və digər mühüm istehsalçıların hasilatlarını azaltmaları qlobal ehtiyatların azalmasına ciddi təsir etmir. Bazar tarazlıq vəziyyətindən əvvəl təxmin ediləndən daha uzaqda görünür. Neft 40 dollardan da aşağı düşə bilər.
Neft qiymətləri təxminən 8% düşüb. Bakı vaxtı ilə saat 08:50-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex bazarında 44.11 dollardan, Brent Nefti Londonda ICE Futures Europe birjasında 46.90 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
26 d. əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
2 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)



