Həşəratlar Azərbaycanda zeytun bağlarına ciddi ziyan vurub - 80 %-i yararsız hala düşüb
Zeytun milçəyi son mövsümdə Azərbaycanın zeytun plantasiyalarına çox ciddi ziyan vurub. Məhz bu səbəbdən Azərbaycanda bəzi plantasiyalarda məhsulun 80-100 %-i yararsız hala düşüb.
Bunu “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin sədri fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov deyib.
Zeytunun dünya ölkələrinin iqtisadiyyatında önəmli yer tutduğunu, təkcə Avropada 5 milyon ha zeytun sahələrinin mövcud olduğunu xatırladan E.Yusifov qeyd edib ki, Azərbaycanda zeytun bitkisinin (Olea europea) zərərvericilərinin tədqiqatlarına keçən əsrin əvvəllərindən başlanılıb. Azərbaycan entomoloqları tərəfindən keçən əsrin sonlarında aparılmış tədqiqatlar nəticəsində respublika ərazisində əkilmiş mədəni zeytun bitkilərində 15 fəsiləyə aid 38 növ ziyanverici təyin edilmişdir ki, bu növlərdən 19-u Homoptera, 12-si isə Coleoptera dəstələrinə aiddir:
"O dövrdə zeytun təsərrüfatlarına ən çox ziyan vuran həşəratlar bənövşəyi çanaqlı yastıca (Parlatoria oleae) və zeytun qurdu (Pollinia pollini) olduğu halda, bu gün həmin zərərverici zeytun milçəyidir (Bactrocera olea). Bu gün dünya zeytun təsərrüfatında zeytunun ən çox yayılmış ziyanvericiləri bakteriya mənşəli “zeytun cüzamı” (Xylella fastidiosa), zeytun yalançı çanaqlı yastıcası (Saissetia oleae), zeytun fır gənəsi (Eriophyes oleae), bənövşəyi çanaqlı yastıca (Parlatoria oleae), zeytun korçası (Phytocoris oleae), zeytun güvəsi (Prays oleae), zeytun qurdu (Pollinia pollini), zeytun yarpaq birəsi (Euphyllura phillyreae) və zeytun milçəyidır (Bactrocera olea)".
E.Yusifov əlavə edib ki, zeytun milçəyi 2014-cü ildən etibarən Avropa və Ön Asiyanın zeytun təsərrüfatlarına kütləvi ziyan vuraraq məhsulun 15-70%-ə qədər itkisinə səbəb olub. Bu səbəbdən təkcə İtaliyada 2014-cü ildə zeytun yağının istehsalı əvvəlki ilə nisbətən 70% azalıb.
Bu ziyanvericinin zeytunun meyvələrini zədələdiyini və onları yararsız hala saldığını deyən alim qeyd edib ki, sürfələrin təsiri yağın miqdarının azalmasına, onun turşuluğunun artaraq keyfiyyətinə mənfi təsir edir. Sürfələr zeytun çəyirdəyi ətrafında kanallar açaraq şürüməyə, süfrəlik zeytunun korlanmasına səbəb olur. Vurulmuş zərər normal illərdə 15-30%, əlverişsiz illərdə 100%-ə çatır.
E.Yusifov bildirib ki, yuxarıda qeyd edilən faktlar ölkəmizdə bitki mühafizəsi məsələsini kəskin aktuallaşdırır, onun aqrotexniki, bioloji, kimyəvi, biotexnoloji aspektlərinin işlənib hazırlanması, fermer təsərrüfatlarında yayılmasını tələb edir.
Onun sözlərinə görə, ən son məlumatlar əsasında Azərbaycanda zeytun bitkisinin xəstəlikləri, onların törədiciləri, bu canlıların entomofaunası, bioekoloji və fenoloji xüsusiyyətləri, onlara qarşı mübarizə tədbirləri, zeytun bitkisinin aqrotexniki xüsusiyyətləri haqqında “Fermerin əl kitabçası”nı hazırlamaq, xüsusi kurslar hazırlayaraq fermerlər arasında maarifləndirici kurslar keçirmək, zeytun təsərrüfatı ilə məşğul olan fermerlər üçün xüsusi ixtisaslaşdırılmış veb-sayt yaratmaq olar:
"Hazırda feromon-tutucu tələlər ziyanvericilərə qarşı ən effektiv və ekoloji mübarizə üsulu hesab edilir. Bu məqsədlə beynəlxalq təşkilatlar və aidiyyatı qurumlarla birlikdə feromon sintezi metodikasının işlənib hazırlanması və kütləvi istehsalı məsələsinin araşdırılması mümkündür. Müsbət nəticə əldə edilərsə, bu işləri digər bitkilər üzərində də (nar, fındıq, parnik şəraitində yetişdirilən pomidor, xiyar və s.) həyata keçirmək olar".
Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
12 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
13 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
13 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
14 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar



















