Dondurulmuş toyuq məhsullarında salmonella patogen mikroorqanizmləri aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Gürcüstandan ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinin “Biu-Biu” əmtəə nişanlı 20 ton dondurulmuş toyuq əti məhsuluna baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində bir neçə istehsal tarixləri ilə daxil olan məhsul partiyalarında (istehsal tarixi ötən il 3 və 12 oktyabr olan, ümumi çəkisi 3,07 ton) salmonella patogen mikroorqanizmləri aşkarlanıb.
Qeyd edək ki, ötən il ərzində Gürcüstandan ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinə məxsus müxtəlif şəkildə dondurulmuş toyuq məhsullarında da salmonella patogen mikroorqanizmləri aşkarlanıb və məhsulların satışına qadağa qoyulub, bununla əlaqədar Gürcüstanın Milli Qida Agentliyinə məlumat təqdim olunub. Gürcüstanın Milli Qida Agentliyindən “Chirina” LTD şirkətinin rəsmi nəzarətə götürüldüyü, sağlamlaşdırıcı tədbirlərin görüldüyü barədə Qida Təhlükəsizliyi Agentliyinə zəmanət məktubu təqdim edilib və həmin məlumat əsasında yenidən həmin şirkətə məxsus dondurulmuş toyuq məhsullarının idxalına icazə verilib. Lakin həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı növbəti dəfə Gürcüstandan ölkəmizə idxal edilən həmin şirkətə məxsus dondurulmuş toyuq məhsullarında salmonella patogen mikroorqanizmləri aşkar edilib.
Agentlik istehlaka yararsız məhsulların məhv edilməsi ilə əlaqədar qərar qəbul edib və hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.
Qida Təhlükəsizliyi Agentliyi bir daha sahibkarları diqqətli olmağa və normativ hüquqi aktların tələblərinə uyğun məhsulların idxalını həyata keçirməyə çağırır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
29 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























