Mərkəzi Bank rəhbərliyinin maaşı 21 min manat azalıb
2016-cı ildə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə əmək haqqı qismində 869 min manat ödənilib.
Bu barədə AMB-nin ötən il üzrə audit hesabatında deyilir. Hesabat "PricewaterhouseCoopers Audit Azerbaijan" MMC tərəfindən hazırlanıb.
2015-ci ildə AMB-nin rəhbərliyinin əmək haqqı fondu 890 min manat təşkil edib. Beləliklə, Mərkəzi Bankın rəhbərliyinə ödənilən əmək haqqı 2,36% və ya 21 min manat azalıb.
2015-ci illə müqayisədə ötən il AMB-nin inzibati və sair əməliyyat xərcləri 25,93% və ya 12,173 mln. manat artaraq 59,103 mln. manata çatıb. Belə ki, AMB-nin regional tikinti və sosial xərcləri 14,363 mln. manat (+5,2 dəfə), işçilər üzrə xərcləri 12,314 mln. manat (-7,67%), tikili və avadanlıqlar üzrə köhnəlmə xərcləri 7,933 mln. manat (-14,13%), proqram təminatı və sair qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri 5,477 mln. manat (+18,40%), əskinas və sikkələrin istehsalı və nəqli üzrə xərcləri 4,997 mln. manat (+31,58%), proqram təminatı və serverlərin dəstəklənməsi xərcləri 4,622 mln. manat (+1,94 dəfə), Dövlət Sosial Müdafiə Fondu üzrə ödənişləri 2,564 mln. manat (-6,32%), mühafizə xərcləri 1,393 mln. manat (+3,65%), sair xərcləri isə təxminən 1,3 mln. manat təşkil edib.
Tənzimləyici Maliyyə Monitorinqi Xidmətinin maliyyələşdirilməsi üzrə xərclərini kəskin azaldıb. Belə ki, 2015-ci ildə bu maddə üzrə xərclər 2,395 mln. manat olduğu halda, 2016-cı ildə bu rəqəm 672 min manata enib. Böyük ehtimalla, buna səbəb adıçəkilən xidmətin Maliyyə Bazarlarına Nəzarət Palatasının tabeliyinə verilməsi ilə əlaqədardır.
AMB ötən il ezamiyyə xərclərini 9,09% azaldaraq 143 min manata çatdırıb.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















