BRAVO marketlər şəbəkəsində yeni təyinat
BRAVO marketlər şəbəkəsində yeni təyinat olub.
Şəbəkədən Marja-ya verilən məlumata görə, BRAVO marketlər şəbəkəsinin İcraçı direktor vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti Kevin Pol Landiyə həvalə olunub.
Qeyd edək ki, cənab Landi daha əvvəl Böyük Britaniyanın “Waitrose”, “Safeway”, “Marks and Spencer” kimi pərakəndə satış şəbəkələrində çalışıb və ümumilikdə 35 ildən çox təcrübəyə malikdir.
Yaxın Şərqdə pərakəndə qida satışında 6 illik təcrübədən sonra Kevin Landi 2016-cı ildə BRAVO marketlər şəbəkəsində Əməliyyat direktoru vəzifəsində işə başlayıb. 2018-ci ildə isə o Pərakəndə Satış direktoru vəzifəsinə təyin olunub.
Onu da qeyd edək ki, BRAVO-nun öncəki İcraçı direktoru Zaur Mikayılov karyerasına uğurla davam edir. Onun növbəti təyinatı barəsində ayrıca məlumat veriləcək.
BRAVO marketlər şəbəkəsinin rəhbər heyəti və kollektivi Zaur Mikayılova fəaliyyət göstərdiyi illər ərzində göstərdiyi dəstək və əməyə görə təşəkkürünü bildirir, gələcək işlərində uğurlar arzulayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























