Azərbaycanda iki alternativ enerji layihəsinə 500 milyon dollar yatırılacaq
Martın 16-da "7-ci Berlin Enerjiyə Keçid Dialoqu" ənənəvi tədbiri video-konfrans formatında keçirilib. "Enerji keçidi – İqlim neytrallığına doğru" mövzusuna həsr edilmiş tədbirə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, eyni zamanda, bir sıra ölkələrin və təşkilatların yüksək səviyyəli nümayəndələri qatılıb. Azərbaycanı tədbirdə energetika nazirinin müavini Elnur Soltanov təmsil edib.
Azərbaycan Energetika Nazirliyindən Marja-ya verilən məlumata görə, tədbirin "Yaşıl bərpanın maliyyələşdirilməsi" ("Financing the Green Recovery") adlı sessiyasında çıxış edən nazir müavini qeyd edib ki, təmiz ətraf mühitin əldə edilməsi və ölkənin "yaşıl artım" ölkəsinə çevrilməsi 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafının Milli prioritetlərindən biridir. Bu prioritetin reallaşdırılması bərpa olunan enerji sektorunun inkişafını, istixana effekti yaradan qaz emissiyasının azaldılmasını və yaşıl texnologiyalardan istifadənin genişləndirilməsini zəruri edir. Bildirilib ki, yaxın 10 ildə elektrik enerjisi üzrə qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30%- dək artırılması və istixana effekti yaradan qaz emissiyalarının 1990-cı il səviyyəsi ilə müqayisədə 35% azaldılması üçün xarici investorlarla əməkdaşlıq edilir. Bu istiqamətdə Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə həyata keçiriləcək layihələr haqqında məlumat verilib. Bu layihələr vasitəsilə ölkəmizin bərpa olunan enerji sektoruna 500 mln. dollara yaxın xarici investisiyanın yönəldiləcəyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi regionun davamlı inkişafı üçün yeni imkanlar açıb. İşğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi və Qarabağın bərpası prosesində xarici investorlarla da əməkdaşlığa önəm verilir.
Qeyd edək ki, iki gün davam edəcək video-konfransda bərpa olunan enerji, enerji keçidində qlobal hədəflər, o cümlədən sahələrarası enerji keçidini təmin etmək üçün qabaqcıl texnologiyaların tətbiqi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb


















