Nazirlik ərəb turistlərin görüntüləri ilə bağlı növbəti açıqlama yayıb
“Bir neçə gündür, sosial şəbəkələrdə, mətbuatda Qax rayonunun Acınohur ərazisində ərəb turistlər tərəfindən qanunsuz ov hallarına yol verilməsi, heyvanlarla rəhmsiz rəftar olunması barədə məlumatlar yayılıb”.
Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
“Bununla bağlı demək istərdim ki, ictimaiyyət də bilməlidir ki, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti, buna icazələrin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir. Digər xarici ölkə vətəndaşları kimi, ərəb ölkələrindən də insanlar ölkəmizə gələ və istirahətini təşkil edə bilər. İstirahətin təşkili zamanı ölkə qanunvericiliyinin pozulması baş verərsə, bu zaman müvafiq orqanlar öz səlahiyyəti daxilində hərəkət etməli və bunun qarşısını almalıdır. Məlumatlar bizə daxil olanda araşdırma apardıq. Məlum oldu ki, Acınohur ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur”, - deyə H. Əlizadə bildirib.
O qeyd edib ki, bir neçə gün əvvəl ərəb turistlərin həmin ərazidə heyvanlarla rəhmsiz rəftar etməsi ilə bağlı məlumat daxil olub: “Bununla bağlı onlar cərimə edildilər. Dünən mətbuatda məlumat yayıldı ki, həmin ərazidə hətta ov da aparılıb. Bununla bağlı araşdırmaya başladıq. Fakt qismən təsdiq edildi. Onu da qeyd edim ki, sosial şəbəkələrdə əvvəlki illərə məxsus olan, hətta ərazisinin müəyyən etmək mümkün olmayan bır sıra foto və videolar paylaşılmışdı. İddia olunur ki, bunlar hamısı həmin ərazidə baş verib. Hazırda quşların miqrasiya dövrü bitib. Buna görə ölkədə quşların sayı da azdır. Amma bəzi faktlar təsdiqini tapdı. Bununla bağlı tərəfimizdən iki ərəb turist ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə təqribən 4000 manat civarında cərimələndi. Ümumiyyətlə, yasaqlıq ərazisində onların hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbilər görülüb. Ərazidə müxtəlif yerlərdə postlar qurulub. Araşdırmalar davam etdiriləcək. Əlavə məlumat olarsa, ictimaiyyət məlumat veriləcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)





