Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“AzerGold” istiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold” istiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

29 mart 2021-ci il tarixində “AzerGold” istiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib.

“AzerGold”dan Marja-ya verilən məlumata görə, ümumilikdə 200 min ABŞ dolları həcmində vəsait istiqraz sahibləri arasında bölüşdürülüb.

Reklam_3_11

Xatırladaq ki, ötən il tədavülə buraxılmış istiqrazlar qeyri-neft sənayesinin liderlərindən biri olan “AzerGold” QSC-nin yeni layihələrinin icrasına yönəldilməsi ilə yanaşı ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmaq məqsədinə xidmət edir.

Belə ki, yerli bankların xarici valyutada əmanətlər üçün təklif etdiyi illik faiz dərəcələrindən daha yüksək - 4 faiz gəlirlilik vəd edən “AzerGold” istiqrazları geniş xalq kütləsi üçün əlçatan investisiya alətidir. Ümumi emissiya həcmi 20 milyon ABŞ dolları olan istiqrazların bir ədədi üzrə 100 ABŞ dolları nominal qiymətində ticarət olunması şirkətlərlə bərabər məhz siravi vətəndaşlarımız üçün də əlavə gəlir qazanmaq fürsəti yaradıb.

3 illik tədavül müddəti ərzində ildə 4 dəfə olmaqla sabit gəlir qazandıran, tədavül müddətinin sonunda istiqrazların nominal dəyərini geri almaq hüququ verən “AzerGold” istiqrazları üzrə növbəti rüblük faiz ödənişi isə cari ilin iyun ayında baş tutacaq.

29.03.2021 14:50

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18