MUSİAD Azərbaycana 500-dən çox investor cəlb edəcək
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MUSİAD) Beynəlxalq Biznes Forumunu (Uluslararası İş Forumu İBF) Azərbaycanda keçirəcək.
Bu barədə qurumdan verilən məlumatda bildirilir.
Məlumata əsasən, Beynəlxalq Biznes Forumununun Azərbaycanda keçirilməsi haqqında razılıq, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və MUSİAD prezidenti Abdurrahman Kaan arasında Bakıda baş tutan görüşdə əldə edilib.
Məlumatda qeyd olunur ki, Beynəlxalq Biznes Forumu çərçivəsində MUSİAD-ın təmsil olunduğu ölkələrdən ümumilikdə beş yüzdən çox investorun Azərbaycana gəlməsi nəzərdə tutulur.
“Forumun bu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulur” - deyə, qurumdan bildiriblər.
Məlumat üçün bildirək ki, İBF 1995 ci ildə MÜSİAD tərəfindən təsis olunub və foruma 25 ölkədə 42 assosiasiya üvz olub.
Qeyd edək ki, bundan əvvəl MÜSİAD Bakı ofisinin rəhbəri Əbdürrəhman Uzun Azərbaycana xarici investisiyaların cəlb olunmasının qurumun əsas prioritetlərindən biri olduğunu bildirmişdi.
O qeyd edib ki, Azərbaycanda olan münbit biznes şəraiti hər zaman türkiyəli investorların maraq dairəsində olub.
“Türkiyəli sərmayəçilərin Azərbaycanda avantajları olduqca çoxdur və bunlardan başlıcası iki ölkə arasında olan münasibətdir” - deyə, A.Uzun qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb





.jpg)








.jpg)





