Yapon metallurgiya nəhənginə rekord təklif
Bununla da sənaye liderlərindən olan Hitachi özünün metal biznesinin bir hissəsini sərfəli qiymətə satacaq.ABŞ-ın ən böyük özəl investisiya şirkətlərindən biri, hazırda aktivlərinin həcmi 120 milyard dollar təşkil edən Bain Capital yapon sənaye nəhənglərindən Hitachinin metallurgiya bölməsi - Hitachi Metals-ın 53 faizlik hissəsini satın almağa yaxındır.
Marja xəbər verir ki, ötən ilin avqustundan davam edən danışıqlarda Bain Capital 8 milyard dollarlıq yekun qiymət təklifi edib.
Hitachi Metals qrupu Hitachi-nin ən mühüm biznes və sənaye bölmələrindən biridir və ötən illərdə məcmu gəliri 881 milyard yen (8 milyard dollar) təşkil edib. Təkcə Yaponiyada 9 istehsal müəssisəsinə malikdir, həmçinin Nyu-Yorkda, Düsseldorfda, Londonda, Parisdə, Şanxayda, Honkonqda, Taipeydə, Sinqapurda ofisləri mövcuddur.
Hitachi Korporasiyası öz biznesinin bir hissəsini satmaqla yanaşı, yeni texnologiya sahələrinə investisiya yatırmaqda qərarlıdır. Bu il martın sonunda Hitachi ABŞ-ın proqram təminatı üzrə mühəndislik qrupu GlobalLogic-i 9,5 milyard dollara satın almağa dair ilkin razılıq əldə edib. Bu, yapon nəhənginin tarixində bir dəfəyə yatırılacaq ən böyük investisiyadır. Hitachi bununla rəqəmsal texnologiyalar bazarında da hökmram mövqe əldə etmək niyyətindədir.
“Əgər şirkət əsas törəmə müəssisələrində, xüsusən Hitachi Construction Machinery və Hitachi Metalsda olan paylarını satıb iri maliyyə vəsaitlərinə çevirə bilsə, özünün ümumi borc öhdəliklərini də qarşılamaq üçün yetərincə likvidliyə malik olacaq” – Moody’s reytinq agentliyinin aparıcı kredit mütəxəssisi Motoki Yanase bildirib.
Bain Capital son illərdə iri sövdələşmələrə imza ataraq, bir sıra mühüm şirkətlərdə pay sahibi olub. 2018-ci ildə digər yapon liderlərindən Toshipanın çip biznesini – Toshiba Memory-ni 18 milyard dollara alan Bain, 2020-ci ilin mayında digər yapon aviasiya bznesi Showa Aircraft-ı 817 milyon dollara əldə edərək, Tokionun qərbində 1 milyon kvadrat metrlik əraziyə, Harley-Davidson motosikllərinin sərgi və satış mərkəzinə, eləcə də bir neçə kiçik otelə yiyələnib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 12 d. əvvəl
- 15 d. əvvəl
- 17 d. əvvəl
- 18 d. əvvəl
- 21 d. əvvəl
- 22 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)












.jpg)