“Ziraat Bank Azərbaycan”ın daha bir yeni filialı fəaliyyətə başladı!
“Ziraat Bank Azərbaycan” ASC 09.04.2021 tarixində 6-cı filialının açılışını Bakı şəhərində həyata keçirib. Bank sayca altıncı filialını Nəsimi rayonu Azadlıq küçəsində açaraq bankın xidmətlərini müştərilər üçün daha da əlçatan etmişdir.
“Ziraat Bank Azərbaycan” ASC-nin öncəki Əhməd Rəcəbli filialı 2020-ci ilin Noyabr ayında fəaliyyətə başlayıb. Bank həyata keçirdiyi aktiv sosial layihələri, inkişaf etdirdiyi rəqəmsal bankçılığı, diqqət çəkən kampaniyaları ilə yanaşı filial şəbəkəsini də genişləndirməyə davam edir. Filialın açılmasında əsas məqsəd ölkənin iqtisadi inkişafına hərtərəfli dəstək olmaqla birlikdə, artan müştəri bazasına daha da keyfiyyətli və operativ xidmət göstərməkdir.
“Ziraat Bank Azərbaycan” ASC-nin "Azadlıq" filialının müştərilərə xeyirli olmasını diləyirik.
Əlavə olaraq, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən filial sayı 6-ya çatmışdır. Bundan əlavə, 2021-ci ilin sonuna filial sayının 10-a qədər artırılması planlaşdırılır.
Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
15 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























