Azərbaycan Texniki Universitetində “Alstom”un laboratoriyası təşkil ediləcək
Azərbaycan Texniki Universiteti (AzTU) ilə “ALSTOM Transport Azərbaycan” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi rektor Vilayət Vəliyev və şirkətin direktoru Elşən Zeynalov imzalayıblar.
AzTU-dan bildirilib ki, memoranduma əsasən tələbələrin “Alstom”un sınaq məhsulları ilə yaxından tanış olmaları üçün universitetin nəzdində şirkətin laboratoriyasının təşkili nəzərdə tutulub.
Bundan başqa, gənc startapçıların layihələrinin reallaşdırılaraq icrasına dəstəyin göstərilməsi, tələbələrin və məzunların daxili müsabiqə əsasında şirkətdə işlə təmin olunması da qərara alınıb. Qarşılıqlı elmi-nəzəri və ustad dərslərinin tədrisi, lokomotiv və lokomotiv təsərrüfatında birgə əməkdaşlıq üçün hər iki tərəfin iştirakını koordinasiya edən işçi qrupun yaradılması da memorandumda əks olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)





.jpg)


