XİN Ermənistan XİN-in Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı bəyanatına cavab verib

Paytaxt Bakı şəhərində Hərbi Qənimətlər Parkının açılışı və burada 44 günlük Vətən müharibəsi zamanı Ermənistandan qənimət götürülmüş və məhv edilmiş texnikanın nümayiş etdirilməsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) isteriyası bu ölkənin Azərbaycana qarşı qarayaxma cəhdlərinin heç bir hüdudunun olmadığını göstərir.
Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı bəyanatına dair şərhində bildirilib.
“Azərbaycan 30 ilə yaxın qanunsuz işğal altında saxlanılan ərazilərini beynəlxalq hüququn ona verdiyi haqla azad edib, Vətən müharibəsi nəticəsində, Azərbaycan oğullarının qanı və canı bahasına ərazi bütövlüyünü təmin edib. Əlbəttə, dünya təcrübəsində də geniş şəkildə qəbul olunduğu kimi, bu şanlı Zəfərin paradlar, parklar, muzeylər və digər vasitələrlə əbədi yaşadılması bizim mənəvi haqqımızdır. Parkda müharibə iştirakçısı olan erməni hərbçilərinin manikenlərinin sərgilənməsinə gəldikdə isə, dünyanın bir çox ölkələrində hərbi muzeylərdə manikenlərin sərgilənməsi təcrübəsi mövcuddur. Bu Parkın və burada sərgilənən kompozisiyaların verdiyi ismarış birmənalıdır: dövlətə qarşı həyata keçirilən təcavüz siyasəti və qanunsuz işğal üzərində çalınan böyük Qələbə beynəlxalq hüququn təntənəsidir.
Ermənistan XİN-in talançılıq və insana nifrət iddialarına gəldikdə isə, azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən dövlət səviyyəsində törədilən məqsədyönlü dağıntı və talan siyasətinin nəticələri bu gün bütün dünyanın gözləri qarşısındadır. Tarixi, mədəni, dini irsimizi yerlə yeksan edən, təbii ehtiyatlarımızı talan edən, bir milyon insanın fundamental hüququnu pozaraq 30 il ərzində mülkiyyətini mənimsəyən bir ölkənin talançılıqdan danışması heç bir çərçivəyə sığmır. Faşist cəlladı Qaregin Njdeyə Yerevanda heykəl ucaldan, Birinci Qarabağ müharibəsi zamanı əli azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Monte Melkonyanı qəhrəmanlaşdıran, terrorçu Soqomon Teyleryana ayaqları altında kəsilmiş insan başı ilə abidə ucaldan bir ölkənin insana nifrətdən danışmağa heç bir haqqı yoxdur.
Ermənistan tərəfinin hər fürsətdə dilə gətirdiyi “hərbi əsirlər” mövzusu ilə bağlı, bir daha Ermənistan XİN-ə yalan və iftira dolu ritorikadan çəkinməyi məsləhət görürük. Ermənistan hökumətinin də imza atdığı üçtərəfli bəyanatdan bir ay sonra Azərbaycan ərazilərinə terrorçuluq məqsədilə göndərilən diversant qrupun üzvləri “hərbi əsir” hesab oluna bilməz, bunu dəfələrlə bəyan etmişik. Azərbaycan hər zaman öz öhdəliklərinə sadiqdir, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı bütün tədbirləri həyata keçirir, o cümlədən erməni hərbi əsirləri qısa müddət ərzində Ermənistan tərəfinə qaytarıb.
Ermənistanın isə üçtərəfli razılığa zidd olaraq, pozucu fəaliyyəti ilə bağlı üzrxahlıq bildirmək əvəzinə, əsassız iddialarla çıxış etməsi, Azərbaycana qarşı yalan və iftira dolu kampaniya aparması bu ölkənin hələ də düşmənçilik mövqeyindən çıxış etdiyini, beynəlxalq hüquq əsasında münasibətlərin normallaşdırılmasına hazır olmadığını və beləliklə də yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmadığını nümayiş etdirir”, - deyə qeyd olunub.
Müştərilərin xəbərləri

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 2 gün sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 gün sonra
-
6 d. əvvəl
Aparıcı maliyyə qurumu Bank Respublika-ya 25 milyon manat kredit ayıracaq
-
10 d. əvvəl
Böyük xarici bank Azərbaycanda 2025-ci il üçün inflyasiya proqnozunu yeniləyib
-
20 d. əvvəl
Cəmi 240 manat ödəməklə "Peşəkar Mühasib Sertifikatı"na sahib olmaq indi daha asan!
-
22 d. əvvəl
"Aparılan yoxlamalarla bağlı mediada əsassız məlumatların dərc edilməsi müşahidə olunur"
-
39 d. əvvəl
Azərbayca şirkəti ilk 6 ayı 10 milyon manata yaxın xalis mənfəət ilə başa vurub
-
1 saat əvvəl
Neft qiymətləri tələbın azalacağı və artan təklif narahatlığı ilə düşür
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

"Aparılan yoxlamalarla bağlı mediada əsassız məlumatların dərc edilməsi müşahidə olunur"

Neft qymətləri Çinin sayəsində sabit qalır
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

"ING Group": Azərbaycan və Ermənistan azalmış xarici siyasət risklərindən faydalanır

ABŞ, G7-ni Çin və Hindistana tarifələr tətbiq etməyə çağırır

ABŞ bazarlarında yüksəliş: Dow Jones yeni rekord səviyyəyə çatıb

ABŞ-da inflyasiya iqtisadçıları təəccübləndirdi

OPEC-in xam neft istehsalında artım

"BİRKART"ın istiqrazlarına 62 investor 62 sifariş təqdim edib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
