Dövlət bankının vəziyyəti məlum oldu
Dövlət bankı “Azər-Türk Bank” ASC 2021-ci ilin 1-ci rübünü 520 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin 1-ci rübünü 376 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin artması xərclərin azalmasından qaynaqlanır.
Marja Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ilin 1-ci rübü ilə müqayisədə 2021-ci ilin 1-ci rübündə “Azər-Türk Bank”ın faiz gəlirləri 5,4% və ya 282 min manat azalaraq 4 milyon 898 min manat, qeyri-faiz gəlirləri isə 17,1% və ya 420 min manat azalaraq 2 milyon 32 min manat təşkil edib.
“Azər-Türk Bank”ın cəmi əməliyyat gəlirlərinin 702 min manat azalması ilə bərabər cəmi əməliyyat xərcləri 1 milyon 121 min manat azalıb. Xərclər gəlirlərdən daha çox azaldığından Bankın əməliyyat mənfəəti 213 min manatdan 632 min manat yüksəlib.
2021-ci ilinin 1-ci rübündə “Azər-Türk Bank” 632 min manat əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara 112 min manat ayırıb və nəticədə ilk rübü 520 min manat xalis mənfəət ilə başa vurub. “Azər-Türk Bank” 2020-ci ilin 1-ci rübündə 213 min manat əməliyyat mənfəətilə bərabər, 163 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlardan azad olmuş, beləliklə, Bank həmin rübü 376 min manat xalis mənfəət ilə bağlamışdı.
31 Mart 2021-ci il tarixində "Azər-Türk Bank" 330 milyon 579 min manat cəmi aktivlərə, o cümlədən 162 milyon 463 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 359 milyon 207 min manat cami aktivlərə, o cümlədən 167, milyon 359 min manat kredit portfelinə malik idi.
31 Mart 2021-ci il tarixində "Azər-Türk Bank" 50 milyon 207 min manat məcmu kapitala malik olub.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























