“Premium Bank” ilk rübü mənfəətlə bağlayıb - MALİYYƏ VƏZİYYƏTİ
“Premium Bank” ASC 2021-ci ilin ilk rübünü 5 milyon 345 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% azdır. Bank ötən ilin ilk rübünü 6 milyon 55 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja xəbər verir ki, 2021-ci ilin ilk rübündə Premium Bankın cəmi əməliyyat gəlirləri 11 milyon 3 min manat təşkil edib. 2020-ci ilin ilk rübündə Premium Bankın cəmi əməliyyat gəlirləri 13 milyon 403 min manat olmuşdu. Bankın faiz gəlirləri 8 milyon 852 min manatdan 8 milyon 302 min manata, qeyri-faiz gəlirləri isə 4 milyon 551 min manatdan 2 milyon 701 min manata geriləyib.
ƏMƏLİYYAT ZƏRƏRİ YARANIB
İlk rübdə Premium Bankın 11 milyon 3 min manat cəmi əməliyyat gəlirlərinə qarşı 11 milyon 665 min manat əməliyyat xərcləri olub (ötən ilin eyni dövründə 11 milyon 909 min manat). Xərclər gəlirləri üstələdiyindən Bankın 662 min manat əməliyyat zərəri yaranıb. Lakin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 6 milyon 6 min manatın azad olması həm əməliyyat zərərini bağlayıb, həm də 5 milyon 345 min manat xalis mənfəət yaranıb.
BANK BÖYÜYÜB
31 Mart 2021-ci il tarixində “Premium Bank” 673 milyon 460 min manat cəmi aktivlərə, o cümlədən 518 milyon 923 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 653 milyon 299 min manat cəmi aktivlərə və 570 milyon 103 min manat cəmi kredit portfelinə malik idi. Aktivlərin artması nağd pul vəsaitlərinin artmasından qaynaqlanır.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2021-ci il tarixində “Premium Bank” 178 milyon 658 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 173 milyon 917 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
15 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























