İngilis-ispan ittifaqı: pul və təcrübə birləşir
Hədəf Londonun IPO bazarında “özgələrin” hökmranlığına son qoymaqdır.Böyük Britaniyanın kiçik investisiya bankı, 2019 və 2020-ci illərdə Britaniyada kiçik və orta kapitallı broker firmaları arasında ən yaxşı investor tədqiqatçısı, 2021-ci ildə isə ən yaxşı kapital axtaran şirkət elan edilmiş Peel Hunt ispan nəhəngi, dünyanın 16-cı ən iri bankı, qocaman Santander (Banco Santander) ilə irimiqyaslı iş birliyinə başlayıb.
Marja xəbər verir ki, bugünkü açıqlamada tərəflər arasında anderraytinq sahəsində əməkdaşlıq sazişi imzalandığı bildirilib. Hələ 2018-ci ildə Santander Peel Hunt-ı tam satın almaq təklifi etmiş, lakin tərəflər yekun razılığa gəlməmişdilər.
Proses hər iki tərəf üçün müxbət nəticələr verəcək. Belə ki, Peel Hunt kimi investisiya məsləhətçiləri iri IPO-larda, Birləşmə və Satınalmalarda (M&A) və digər maliyyə cəlb edilməsi əməliyyatlarında müştəri qazanmaq uğrunda çox zaman uzunmüddətli anderrayter təcrübəsinə və maliyyə imkanlarına malik böyük investisiya banklarına uduzur. Bu baxımdan, Peel Hunt müştərilərə Santanderin anderraytinq təcrübəsini və özünün ekspert komandasını təqdim edə biləcək. Santander isə öz növbəsində Peel Hunt-un müştəri bazasına çıxış əldə edəcək. Ötən ili 5,4 milyard avro gəlir və 1,8 milyard avro xalis mənfəətlə başa vuran bankın korporativ və investisiya bankçılığı bölməsi üçün bu sövdələşmə Brexitdən sonra Britaniya hökumətinin var gücü ilə dəstək verdiyi London birjasında ən iri həcmli əməliyyatlara çıxış deməkdir.
Peel Hunt hazırda 157 korporativ müştəriyə, o cümlədən FTSE 100 və FTSE 250 indeks siyahılarında olan 34 şirkətə xidmət göstərir. 2019-200-ci illərdə investisiya kapital bazarlarında 69 sövdələşməyə 3,6 milyard funt-sterlinq (5,01 milyard dollar) maliyyə vəsaiti cəlb edib. Peel Hunt-ın baş direktoru Steven Fayn “Santanderin onların iri həcmli əməliyyatlarda anderraytinq potensialını artıracağını” bildirib. Santander Bankının icraçı vitse-prezidenti və korporativ və investisiya bankçılığı bölməsinin rəhbəri, 17 ildən artıq ABŞ-ın JPMorgan bankında rəhbər vəzifələrdə çalışdıqdan sonra 2017-ci ildə bu posta təyin edilmiş Xose M.Linares isə razılaşmanı “Avropanın ən iri korporativ və investisiya banklarından birinə çevrilmək yolunda Santander üçün mühüm fürsət” adlandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 40 d. əvvəl
-
-
53 d. əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
1 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
2 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
2 saat əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
2 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
Ən çox oxunanlar
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi























