Xəzər dənizinin nərə balığı ehtiyatı açıqlanıb
“Hazırda Xəzər dənizi hövzəsində nərə balıqlarının vəziyyəti stabil və aşağıdır”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov “Ekspert saatı”nda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu tendensiya Xəzər dənizin bütün akvatoriyalarında özünü büruzə verir: “90-cı illərin sonunda Xəzəryanı ölkələrdə ümumən 30 min ton balıq (2 min ton kürü çıxarıldı) ovlanırdısa, bu rəqəm 2005-ci ildən sonra 1000 ton civarında olub. Sovetlər dağılandan sonra Xəzər dənizində daha çox qeyri-qanuni balıq ovu dövrü idi. 2011-ci ildən isə nərə balıqlarının ovu ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edildi”.
Nazirlik rəsmisi bildirib ki, hazırda Xəzər dənizi hövzələrində nərə balığının artırılması üçün Xəzəryanı ölkələrdə balıqartırma zavodları fəaliyyət göstərir: “Əgər bu fəaliyyət olmasaydı, biz indi Xəzər dənizində nərə balıqlarının popolyasiyasını təmin edə bilməzdik. Populyasiyanın demək olar ki, 99 %-i məhz nərə balıqartırma zavodunun fəaliyyəti ilə mümkün olur. Su-elektrik bəndlərinin tikilməsi kürü tökmə prosesinə də mənfi təsir göstərir. Qızıl balıqlar da bu zavodların fəaliyyəti nəticəsində əldə olunur. Xəzər dənizində 2 növ - Kür və ağ qızıl balığı növü var”.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)







.jpg)





