Bank VTB (Azərbaycan) da mobil bankinqini istifadəyə verdi
Bank VTB (Azərbaycan) yeni məsafəli xidmətini – VTB Mobile adlı mobil bankinq xidmətini müştərilərinin istifadəsinə verib.
Bankın yaydığı məlumata görə, yeni əlavə sayəsində indi bankın müştəriləri istənilən vaxtı müxtəlif bank əməliyyatlarını İOS və Android platformalarını dəstəkləyən mobil cihazları ilə həyata keçirə bilər.
VTB Mobile əlavəsindən istifadə 24 saat ərzində mümkün olacaq və müştərilərə bank xidmətlərindən təhlükəsiz rejimdə istifadə etməyə imkan verəcək.
Mobil bank vasitəsi ilə aşağıdakı xidmətləri həyata keçirmək mümkündür:
- Kommunal xərclərin ödənilməsi
-Hesablar, kartlar, depozit və kreditlər haqqında məlumatın alınması
- Cari və ya kart hesabından çıxarışın alınması
-Kartdan karta pul vəsaitinin köçürülməsi
-Bank VTB (Azərbaycan) daxilində, eləcə də Azərbaycanın digər banklarına pul köçürülməsi
- VTB (Azərbaycan) və onun tərəfdaş banklarının filial və bankomatları barədə məlumatın əldə edilməsi.
Vahid texnoloji platforma hesabına bankın VTB Online internet bankinq istifadəçiləri avtomatik olaraq VTB Mobile xidmətinin istifadəçilərinə çevrilir. Belə ki, mobil əlavə sisteminə giriş üçün müştəri VTB Online internet bankinqə daxil etdiyi eyni paroldan istifadə edir. İnternet bankinqdə olduğu kimi, mobil bankinqdə də eyni avtorizasiya sxemləri dəstəklənir: birdəfəlik SMS-parol, mobil açar generatoru, eləcə də Asan İmza.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















