OECD-dən bədbin nəticələr
G7 ölkələrinin iqtisadiyyatı daha zəif dirçəlir, pandemiyanın tez bitəcəyi ilə bağlı gözləntilər özünü doğrultmur. Birinci rübdə ÜDM cəmi 0,3% artıbÖzündə ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya kimi iqtisadi nəhənglər də daxil olmaqla 37 ölkəni birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2021-ci ilin birinci rübünün ÜDM nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, təşkilat OECD coğrafiyasında iqtisadi inkişafın 2020-ci ilin son rübü (1%) ilə müqayisədə daha zəif getdiyini və cəmi 0,3% təşkil etdiyini bildirib. G7 ölkələr qrupunun ÜDM-i cəmi 0,4% artıb.
Almaniya (-1,7%), Böyük Britaniya (-1,5%) və Yaponiyada (-1,3%) ÜDM ötən ilin son rübü ilə müqayisədə azalıb. Xatırladaq ki, bu göstəricilər 2020-ci ilin sonlarında müvafiq olaraq 0,5%, 1,3% və 2,8% idi. İtaliyada (-0,4%) mənfi ÜDM həcmi ötən rüblə müqayisədə (-1,8%) azalsa da, ölkə hələ də iqtisadi artım tempini tuta bilmir. ABŞ və Kanadada ÜDM eyni faizlə artıb - 1,6% (ötən rüb ABŞ iqtisadiyyatı 2,3%, Kanada isə 1.1% artmışdı). 2020-ci ilin son rübündəki mənfi 1,4% göstəricidən sonra, Fransa cari ilin birinci rübündə özünə gəlməyə başlayıb: 0,4%.
2021-ci ilin birinci rübündəki iqtisadi aktivliyi pandemiyadan əvvəlki dövrlə (2019-cu ilin son rübü) müqayisə etdikdə, OECD regionunda ÜDM artımı hələ də -2,6%-lə geridədir. G7 ölkələrində ən iri iqtisadi tənəzzül Böyük Britaniyada (-8,7%), ən kiçik azalma isə ABŞ-da (-0,9%) qeydə alınıb.
OECD-nin hazırkı açıqlamaları və qlobal iqtisadi sistemin əsas hissəsini təşkil edən OECD üzvlərinin nəticələri dünya iqtisadiyyatının pandemiyadan sonra bu il özünə gələrək sürətlə artacağı barədə proqnozlara təkrar baxmağı zəruri edir. Mayın 31-də açıqlanacaq OECD İqtisadi İcmalında da 2021-ci il üzrə ÜDM artım proqnozuna düzəlişlər istisna olunmur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
-
23 d. əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
38 d. əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
47 d. əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 50 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Ən çox oxunanlar
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı





















