"BirKart BOKT" 4 dəfəyə yaxın böyüyüb, gəlirləri 11 dəfədən çox artıb
Kapital Bank-ın təsisçi olduğu “BirKart Bank Olmayan Kredit Təşkilatı” MMC 2020-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə "BirKart BOKT"ın cəmi aktivləri 3,9 dəfə artaraq 5 milyon 801 min 470 manat təşkil edib. 2019-cu ilin sonunda təşkilat 1 milyon 471 min 990 manat cəmi aktivlərə malik idi.
Aktivlərin kəskin artması ötən il 3 milyon 960 min manat investisiya yatırılması və 1 milyon 312 min manatlıq "digər aktivlər" ilə bağlıdır.
2019-cu illə müqayisədə 2020-ci ildə "BirKart BOKT"ın əsas əməliyyat gəlirlləri 11,3 dəfə artaraq 1 milyon 61 min 609 manat təşkil edib. Təşkilat 2019-cu ildə 93 min 855 manat əsas əməliyyat gəlirləri əldə etmişdi.
Ötən il "BirKart BOKT"ın əməliyyat xərcləri təxminən 5 dəfə artaraq 1 milyon 153 min manata olub.
Gəlirlərin artması "BirKart BOKT"ın xalis zərərinin azalmasına səbəb olub. 2019-cu illə müqayisədə 2020-ci ildə "BirKart BOKT"ın xalis zərəri 1,5 dəfə azalaraq 97 min 79 manat təşkil edib.
“Birkart BOKT” MMC-yə 2020-cu ildə 4 milyon 490 min manat sərmayə qoyulmuş və müəssisə tərəfindən 3 milyon 960 min manat kapital qoyuluşu ayrılmışdır.
“Birkart BOKT” MMC 04.05.2018-ci il tarixində qeydiyyatdan keçmişdir və həmin il lisenziya almışdır. “Birkart BOKT”ın Nizamnaməsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada az gəlirli şəxslər, məcburi köçkün, qaçqınlara, demobilizə olan və müharibədən zərər çəkən digər şəxslərə, sahibkarlara, fiziki və hüquqi şəxslərə, o cümlədən aztəminatlı icmaların ümumi rifah halının yaxşılaşdırılmasına çalışan maliyyə institutlarına qısa və uzun müddətli, təminatlı və təminatsız kreditlər verə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
19 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
21 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























