Vergilər sahibkarlarla bank əməliyyatları zamanı yaranan çətinlikləri müzakirə edib
Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentində Bakı şəhəri ərazisində fəaliyyət göstərən sahibkarlarla, eləcə də sahibkarların ictimai birlikləri, assosiasiyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri görüş keçirilib.
Görüşün məqsədi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun və “Nağdsız hesablaşmalar haqqında qanun”un tətbiqi, Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli Qərarı ilə "Elektron qaimə-fakturanın forması" və "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları", Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" Qaydalarının tətbiqi, həmçinin “İnsan Hüquqları Aylığı” ilə bağlı insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən sahibkarların hüquqlarının müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində müzakirələr aparmaqdan ibarət olub.
Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin mahiyyətinin iş adamlarına çatdırılması məqsədilə cari ilin əvvəlindən geniş miqyaslı maarifləndirmə və məlumatlandırma təbirləri həyata keçirilməkdədir. Bu məqsədlə bütün vergi ödəyicilərinin elektron qutularına məktublar göndərilir, izahlı praktiki vəsait və bukletlər hazırlanaraq Vergilər Nazirliyinin internet saytında, sosial şəbəkələrdə və digər kütləvi informasiya vasitələrində yerləşdirilir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» sərəncamından irəli gələn məsələlərin həlli ilə bağlı vergi sistemində aparılan islahatlar hüquqi bazanın təkmilləşdirilməsindən tutmuş vergi inzibatçılığının yenidən qurulmasına qədər bütün sahələri əhatə edir. Bu baxımdan əlavə məlumatlandırma tədbirlərinə ehtiyac yarandığını nəzərə alaraq Vergi Məcəlləsinə və digər aidiyyəti normativ hüquqi aktlara edilən dəyişikliklərlə bağlı sahibkarlarla, eləcə də sahibkarların ictimai birlikləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri, iri istehsalçılar, ixrac və topdansatış, tikinti nəqliyyat və logistika, təhsil, səhiyyə, ictimai iaşə və pərakəndə ticarət və s. fəlaliyyətlə məşgul olan vergi ödəyiciləri ilə görüşlərin qrafiki hazırlanıb. Qrafikə əsasən may ayının 24-dək Bakı şəhərində, 19-dək isə regionlarda fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Görüşdə sahibkarların və QHT nümayəndələrinin “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi ilə əlaqədar bank hesablarından vəsaitlərin nağdlaşdırılması, belə əmıliyyatlara 1 faizlik sadələşdirilmiş verginin tətbiqi ilə bağlı yaranan bir sıra çətinliklər, ictimai iaşə və pərakəndə ticarət fəaliyyəti sahəsində gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı yeni qəbul edilmiş qaydalar, əldə edilən malların, iş və xidmətlərin sənədləşdirilməsi, uçotun şəffaflığının təmin edilməsi ilə bağlı ortaya çıxan sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
2 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















