Azərbaycana Ermənistanın kənd təsərrüfatı məhsulları gətirilir? - Rəsmi cavab
Dövlət Gömrük Komitəsi Ermənistanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Azərbaycanın gömrük sərhədindən keçirilməsi və ölkə ərazisində realizə edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, ölkə ərazisinə gətirilən kənd təsərrüfatı məhsulları sərhədkeçmə prosesi zamanı qanunvericiliyə uyğun olaraq tələb olunan sənədlər - mənşə, fitosanitar, baytarlıq sertifikatları və digər zəruri sənədlər ciddi şəkildə yoxlanıldıqdan, lazım olduqda müəyyən laborator analizlər aparıldıqdan sonra gömrük sərhədindən keçirilməsinə icazə verilir. Qanunvericiliyin tələblərinə uyğun olmayan hal qeydə alındıqda isə dərhal zəruri tədbirlər həyata keçirilir. Üstəlik Nazirlər Kabinetinin 305 saylı qərarında aparılan son dəyişikliklərə əsasən Azərbaycan vətəndaşının şəxsi istifadə üçün bir təqvim ayı ərzində 30 kq ərzaq məhsulunu güzəştli qaydada ölkəyə gətirə bilər ki, bu dəyişiklik də bu sahədə nəzarətin daha da gücləndirilməsinə şərait yaradır və əvvəllər yol verilən sui-istifadə hallarının qarşısını alır.
Dövlət Gömrük Komitəsi bir daha bəyan edir ki, idxal-ixrac əməliyyatları zamanı mövcud qanunvericiliyin tələblərinə ciddi əməl olunur və bu tələblərə cavab verməyən malların gömrük ərazisinə gətirilməsi qeyri-mümkündür.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib





















