Azərbaycanın Agentliyi Qətərin Beynəlxalq Bankı ilə memorandum imzaladı - YENİLƏNİB
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən 24-cü Beynəlxalq İqtisadi Forum çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bir sıra görüşlər keçirib, əməkdaşlığa dair iki sənəd imzalayıb.
KOBİA-yanın yaydığı məlumata görə, Qətər İnkişaf Bankının Baş icraçı direktoru Əbdüləziz Nasir Əl-Xəlifə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin Qətər İnkişaf Bankı və Agentlik arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd KOB-ların maliyyə və satış bazarlarına çıxışının dəstəklənməsi istiqamətində təcrübə mübadiləsini, birgə təşəbbüslərin reallaşdırılmasını və s. nəzərdə tutur.
Forum çərçivəsində həmçinin, KOBİA və Rusiyanın “Roskonqres” Fondu arasında əməkdaşlığa dair Saziş imzalanıb. Sazişə əsasən tərəflər işgüzar dairələr arasında səmərəli ünsiyyətin yaradılması, qarşılıqlı məsləhət, məlumat və ekspert dəstəyi kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.
XXX
Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) XXIV Sankt-Peterbuq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində bir sıra sazişlər imzalayıb.
Məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov forum çərçivəsində Qətər və Rusiyadan olan həmkarları ilə görüşlər keçirib.
O. Məmmədov açıqlamasında KOBİA ilə Qətərin Beynəxlaq Bankı arasında anlaşma memorandumu imzalandığını bildirib: “İnanırıq ki, bu, ölkəmizə və sahibkarlığa olan sərmayələri artıracaq. Qətərdən olan beynəlxalq sərmayələri ölkəmizə cəlb etməyə kömək edəcək”.
KOBİA rəhbəri həmçinin forum çərçivəsində “Roskonqress” təşkilatı ilə anlaşma memorandumu ilə imzalandığını da söyləyib: “Rusiyanın kiçik və orta sahibkarlığı təmsil edən assosiasiyası “APORA” ilə görüş keçirdik. Rusiyadan olan həmkarlarımızla mütəmadi olaraq əlaqədəyik. Hesab edirik ki, Sankt-Peterburq Forumunda iştirak Azərbaycana sərmayələrin cəlb olunmasına kömək olacaq”.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
29 d. əvvəl
Bank Respublika “ASAN Məktub” proqramı çərçivəsində uşaqların arzularını gerçəkləşdirdi
-
43 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
57 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub











.jpg)






.jpg)
