Bu bal yerdə qalmır, bazara çıxarılan kimi alınır
Arıçılığa maraq Ağstafada ildən-ilə artır. Xüsusilə son illər arıçılıq məhsullarına olan tələbatın və bu sahəyə olan dövlət dəstəyinin artması rayon sakinləri arasında bu sahəyə üz tutanların sayını çoxaltmışdır. Ağstafanın iqlim şəraiti də arıçılığın inkişafı üçün geniş imkanlar açır. Bu imkandan maksimum yararlanmağa çalışan arıçılar hər il yüksək göstəricilərə nail olurlar.
Hazırda rayonda arıçılıqla 416 nəfər məşğul olur. Keçən il hər arı ailəsindən 10 kiloqram bal götürən təsərrüfat sahibləri cari il bu rəqəmin xeyli çox olacağını söyləyirlər. Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramiz İmanov deyir ki, Ağstafa balı həm dadı, həm də rənginə görə fərqli olur. Məhz bunun nəticəsidir ki, Ağstafada istehsal olunan bal yerdə qalmır, bazara çıxarılan kimi alınır.
Muğanlı kəndinin sakini Muradxan Bayramovun həyətyanı sahəsində 119 arı ailəsi var. Keçən il bir tondan çox bal götürən Muradxan deyir ki, bu il havalar arıçılıq üçün əlverişli keçir. Odur ki, cari ildə daha çox arı məhsulları istehsal edəcəyinə əmindir.
Ümumiyyətlə, Ağstafa rayonunda elə bir kənd yoxdur ki, orada arı saxlayan olmasın. Sadıqlı, Muğanlı, Köçəsgər, Dağ Kəsəmən və digər kəndlərdə hər il tonlarla bal istehsal olunur. Muradxanlı kəndində də arıçıların sayı çoxdur. Onlardan biri Murad Vəliyevdir. O, istehsal etdiyi balın bir hissəsini elə qapısında, bir hissəsini isə Bakıda keçirilən bal yarmarkasında satır. Deyir ki, hər il həmin yarmarkaya 100 kiloqramdan çox arıçılıq məhsulları çıxarır.
Sadıqlı kəndinin sakini Nizami İsgəndərov da arıçılığa böyük maraq göstərir. Keçənilki qazancından razlıq edən arıçı hazırda arı ailələrinin sayını 84-dən 105-ə çatdırmışdır. Qarahəsənli kəndində də arı saxlayan təsərrüfat sahibləri çoxdur. Digər təsərrüfat işləri ilə yanaşı, 35 arı ailəsinə baxan Elşad Mirzəyev bildirir ki, keçən il hər arı ailəsindən 15 kiloqram bal götürüb. Builki hədəfi isə 17 kiloqramdır.
Düzqışlaq kəndinin ərazisi də arıçılıq üçün əlverişlidir. Kənd sakini Adil Mehdiyev bu əlverişli şəraitdən istifadə etməklə daha məhsuldar arı cinsi yetişdirməyi qarşısına məqsəd qoyub. Odur ki, arıçılıqla bağlı ədəbiyyat oxumaqla yanaşı, təcrübəli arıçılardan da öyrənir. Bir neçə dəfə arıçılıqla bağlı keçirilən təkmilləşdirmə kurslarında iştirak edən Adil qazandığı təcrübəni gənc arıçılarla da bölüşür.
Marja.az Telegramda: https://t.me/marjaaz
"Respublika"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
9 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
11 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı












.jpg)







