SOBSAN iri sığorta ödənişi aldı - MƏBLƏĞ
SOBSAN və AZSIĞORTA yanğın hadisəsi ilə bağlı birgə bəyanat yayıb
SOBSAN boya fabrikində baş vermiş yanğın nəticəsində dəyən zərərə görə, 1,7 milyon manat sığorta ödənişi edilib. Bu, sığorta sektorunun tarixində ən iri sığorta ödənişlərindən biridir.
Marja-nın məlumatına görə, SOBSAN və AZSIĞORTA şirkətlərinin birgə bəyanatında bildirilir ki, sığorta ödənişi SOBSAN boya fabrikinə dəymiş ümumi zərərin kiçik bir hissəsini əhatə edib.
AZSIĞORTA ASC-nin İdarə Heyəti sədrinin müavini Elbrus Fərzəliyev məsələ ilə bağlı bildirib ki, sığorta ödənişinin dəymiş zərərin kiçik hissəsini əhatə etməsinin səbəbi natamam sığortadır:
“Fabrik könüllü əmlak sığortası növü üzrə real dəyərindən xeyli aşağı məbləğə sığortalanmışdı. Sığorta məbləği hadisə zamanı sığorta şirkətinin ödəməli olduğu maksimal məbləğdir. Bu məbləğdən asılı olaraq, sığorta haqqı hesablanır və sahibkarlar sığortada qənaət etmək istəyəndə əmlakın real dəyərini yox, onun bir hissəsini sığortalayırlar.
Kiçik hadisə baş verəndə bu böyük rol oynamır, lakin SOBSAN fabriki demək olar ki, tam məhv olub. Nəticə olaraq, AZSIĞORTA şirkəti sığorta müqaviləsi üzrə öz öhdəliklərini tam yerinə yetirsə də, real zərər qat-qat yüksəkdir”.
"BİZƏ 20 MİLYON MANAT ƏTRAFINDA ZİYAN DƏYİB"
SOBSAN fabrikinin direktoru Orxan Allahverdiyev bildirib:
“Təəssüf ki, biz sığorta edərkən əmlakı tam dəyərinə sığortalamağın çox baha olduğunu düşünürdük. Tam sığorta təxminən 55 min manata başa gəlirdi və biz natamam sığortalanmaq ilə sığorta haqqını 7 min manatadək endirdik. Hadisə zamanı bizə 20 milyon manat ətrafında zərər dəyib. İndi isə bu zərər müqabilində tam sığorta üçün 55 min manat heç də böyük məbləğ kimi görsənmir. Faktiki olaraq, biz 48 min manat “qənaət” edib, 18 milyonmanat itirdik!
Odur ki, biz hamıya əmlakını tam dəyərinə sığortalamağı israrla tövsiyə edirik. İnanın ki, itirə biləcəyinizin müqabilində sığorta haqqı kiçik bir xərcdir.”
Xatırladak ki, ötən il Bakının Binəqədi rayonu ərazisində yerləşən SOBSAN boya fabrikində yanğın hadisəsi baş vermişdi. Yanğın zamanı 3 min kv. m. sahəyə zərər dəymişdi. SOBSAN 20 il fəaliyyət göstərən və 12 ölkəyə məhsul ixrac edən Azərbaycanın ilk boya fabrikidir.
AZSIĞORTA şirkəti 2006-cı ildən fəaliyyət göstərir və ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
3 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
-
3 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
3 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
4 saat əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
Son Xəbərlər

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
Ən çox oxunanlar

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı
