“PASHA Bank Cup III” yarışmasının II mərhələsinin nəticələri açıqlanıb
(®️) “PASHA Bank Cup III” yarışmasının II mərhələsi artıq yekunlaşıb. 18-21 iyun tarixlərini əhatə edən və “Axtarış və sıralama” mövzusuna həsr olunan bu mərhələdə ümumilikdə 103 iştirakçı öz qüvvəsini sınayıb. İştirakçılardan 18-i 100%-lik, 35-i isə 50 %-dən yüksək nəticə göstərib.
Bu mərhələni 100 %-lik nəticə ilə başa vuran iştirakçıların adlarını diqqətinizə çatdırırıq:
-Rəhim Məmmədli
-Ziya Muxtarov
-Rəşad Məmmədov
-Səid Nəsibov
-Xəlil Əsədzadə
-Toğrul Qasımzadə
-Nadir İsgəndərov
-Əli Məhərrəmli
-İbrahim Tağızadə
-Mixaylo Medvedyev
-Saleh İsayev
-Emin Orucov
-Günel Hüseynli
-Tuqay Abdullazadə
-Xızrı Saxrayev
-Nicat Hüseynov
-Ömər Əfəndi
-Fərid Əhmədli
Tezliklə yarışmanın III mərhələsi baş tutacaq. “Dinamik proqramlaşdırma” mövzusuna həsr olunan bu mərhələdə istənilən şəxs öncədən təqdim edilən keçid vasitəsilə yarışa qatıla və birincilik uğrunda mübarizəyə qoşula biləcək.
Xatırladaq ki, 2019-cu ildən etibarən keçirilən “PASHA Bank Cup” yarışmasında müxtəlif yaşlarda olan proqramçıların iştirakı nəzərdə tutulub. Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bu yarışmanı keçirməklə, iştirakçılara yeni fundamental biliklər əldə etmək, bacarıqlarını genişləndirmək və peşəkar keyfiyyətlərini nümayiş etdirmək üçün əlverişli imkan yaradır.
Yarışma haqda ətraflı məlumat üçün bu keçiddən istifadə edin: https://cup.pashabank.digital/
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 3 saat sonra
-
-
8 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
12 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 13 saat əvvəl
-
15 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
15 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























