Ən yuxarı (mobil)-2_30

Azərbaycanda koronavirus və peyvəndləmə ilə bağlı son vəziyyət açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda koronavirus və peyvəndləmə ilə bağlı son vəziyyət açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda bu gün koronavirus infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada “COVID-19”dan 2 nəfər vəfat edib.

24 İyun 2021-ci il tarixində 51 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 72 301 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 329 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 218 651, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 070 526, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 148 125 təşkil edir.

25.06.2021 16:35
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18