MBNP: Ən ucuz kreditlər Naxçıvandadır
Azərbaycanda ən aşağı kredit faiz dərəcəsi Naxçıvandadır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin yaydığı məlumatda bildirilir.
Qeyd edilir ki, real sektorun inkişaf etdirilməsi məqsədilə maliyyələşdirmə mexanizmini uğurla həyata keçirən muxtar respublikanın bank sektoru təklif olunan kreditlərə ən aşağı faiz dərəcəsini tətbiq etməklə ölkənin digər regionlarını geridə qoyub. Bu ilin ötən dövrü ərzində muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 9% təşkil edib. Bu göstərici Bakı şəhəri də daxil olmaqla, ölkənin digər regionlarında verilmiş kreditlər üzrə tətbiq olunan ən aşağı faiz dərəcəsidir. Aran iqtisadi rayonunda bu göstərici 22,2%, Dağlıq Şirvan iqtisadi rayonunda 21,8%, Şəki-Zaqatala iqtisadi rayonunda 21,6%, Lənkəran iqtisadi rayonunda 21,5%, Quba-Xaçmaz iqtisadi rayonunda 19,2%, Gəncə-Qazax iqtisadi rayonunda 19,1%, Yuxarı Qarabağ iqtisadi rayonunda 17,4%, Abşeron iqtisadi rayonunda 15,9%, Bakı şəhərində 9,1% təşkil edib.
Ölkə üzrə kreditlərin orta faiz dərəcəsi isə 2017-ci ilin 1 aprel tarixinə 10,6% olub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















