Biləsuvarda ilk dəfə geniş sahədə əkilib, bol məhsul yetişib
Biləsuvarda rayonun kənd təsərrüfatı üçün ənənəvi olmayan sarımsaq bitkisinin becərilməsinə başlanılıb. 21 hektarda əkilən sarımsaq sahəsindən bir neçə gündür ki, məhsul yığılır
Ötən il 14 hektarda nümunə üçün əkilən sarımsaq bitkisinin sahəsi bu il iki dəfəyədək artırılıb. Mütəxəssislərin sözlərinə görə, sarımsaq nəinki tərəvəz məhsulu kimi, həm də təbii dərman şəklində çox qiymətli bitkidir.
Təsərrüfat sahibi Faiq Muradovun sözlərinə görə, sarımsağa vaxtında düzgün aqrotexniki qulluq edilərsə və zərərvericilərdən qorunarsa, hər hektardan 15-20 ton məhsul götürmək mümkündür. “Biləsuvar rayonunda belə geniş sahədə ilk dəfədir ki, yerli sarımsaq sortları əkilib. Bu sahə gələcəkdə daha da genişləndiriləcək. Bu il sarımsaq əkinini müasir suvarma ilə yetişdirmişik. Nəticədə yaxşı məhsuldarlıq alınıb”, - deyə Faiq Muradov bildirib.
Sahədə işləyənlərdən biri ilə söhbət edirik. Rüxsarə Mikayılova deyir ki, sarımsaq satışına bir neçə gündür başlanılıb. Məhsul çıxarıldıqdan sonra Günəş şüası altında qurudulur. Sonra isə qayçılanaraq qablaşdırılır və satışa hazır vəziyyətə gətirilir.
Gələcəkdə əkin sahəsinin 100 hektaradək artırılacağını deyən fermer Yusif Hüseynov isə bildirib ki, məhsulun satışı elə sahədə həyata keçirilir. “Daxili bazarda 1 manat – 1 manat 20 qəpiyə satırıq. Qalanını da anbara yığırıq. Xarici bazara – Rusiyaya, Gürcüstana da göndəririk. Şükürlər olsun, məhsulumuz boldur”, - deyə o əlavə edib.
Marja.az Telegramda: https://t.me/marjaaz
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)











.jpg)



