Yoluxma tempinin və peyvəndləmənin ən yüksək olduğu 6 ölkədən 5-i Çin, 1-i Avropa peyvəndindən istifadə edir
Bəs hansı peyvənd daha effektivdir?Son həftələrdə koronavirus infeksiyasının müxtəlif variantlarına yoluxma halları qlobal miqyasda yenidən artır.
Marja CNBC-yə istinadən xəbər verir ki, həftəlik yoluxma tempinə görə lider ola 36 ölkədən 6-sında əhalinin 60%-indən çoxu koronavirus peyvəndinin ən azı bir dozasını qəbul edib. Bunlar Birləşmiş Ərəb Əmirlikləri (74%), Böyük Britaniya (66,8%), Seyşel adaları (72%), Çili (67,3%), Uruqvay (66,5%) və Monqolustandır (63%).
Maraqlı məqam isə ondan ibarətdir ki, Böyük Britaniya istisna olmaqla, bu 6 ölkədən 5-i peyvənd kimi Çin vaksinindən istifadə edir. Böyük Britaniya isə AstraZeneca peyvəndinə üstünlük verib. Monqolustanda 2,3 milyon, Çilidə 17 milyona yaxın doza Çin peyvəndi vurulub. BƏƏ, Uruqvay və Seyşel adaları da son dövrə kimi ən çox Çin peyvəndindən asılı olub. Belə olan halda Çin və Britaniya peyvəndinin effektivliyi sual doğurur...
Xatırladaq ki, dünənə olan məlumata görə, Azərbaycanda 3,9 milyon nəfərdən çox şəxs peyvənd olunub, onlardan 1,5 milyon nəfəri (əhalinin 15%-i) koronavirus peyvəndinin ikinci dozasını qəbul edb. Çinin Sinovac peyvəndi başlıca vaksindir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
23 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq






















