Daha bir neçə şadlıq sarayında pandemiya dövrünün tələbləri pozulub
İyulun 10-11-də Quba rayonu, Vaqif küçəsi 151 ünvanında fəaliyyət göstərən “Qızıl Tac” şadlıq sarayında, Gəncə şəhəri, Vəli Xuluflu 131 ünvanında fəaliyyət göstərən “Şah Saray” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu faktları aşkar olunub.
Qida Təhlüəsizliyi Agentliyindən verilən məlumata görə, həmin şadlıq saraylarında 150 nəfərlik şənlik mərasiminin keçirilməsi üçün müvafiq portala rəsmi müraciət edilib və keçirilən baxış zamanı şənlik mərasiminin 150 nəfərdən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu müəyyən olunub.
Bundan əlavə, nəzarət tədbirləri çərçivəsində 11 şadlıq sarayında şənlik mərasimində xidmət göstərən işçi heyətin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi aşkar edilib. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
Pozuntular aşkar edilmiş şadlıq sarayları aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, T.Abbasov 20 ünvanında fəaliyyət göstərən “Sevinc” şadlıq sarayı;
2. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən “Ağ Çiçəyim” şadlıq sarayı;
3. Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç., məhəllə 2347 ünvanında fəaliyyət göstərən “İmperator” şadlıq sarayı;
4. Sumqayıt şəhəri, 9-cu mkr, Ü.Hacibəyov küçəsində fəaliyyət göstərən "Səma" şadlıq sarayı;
5. Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində fəaliyyət göstərən "Briliant" şadlıq evi;
6. Qəbələ rayonu, Həmzəli kəndində fəaliyyət göstərən “Qəbələ Palace” şadlıq sarayı;
7. Quba rayonu, Əzizbəyov küçəsində fəaliyyət göstərən “Quba" şadlıq evi;
8. Göyçay rayonu, Qarabaqqal kəndində fəaliyyət göstərən "Kənan" şadlıq sarayı;
9. Kürdəmir rayonu, Karrar qəsəbəsində fəaliyyət göstərən "Miraj Palace" şadlıq sarayı;
10. Şəmkir rayonu, Bakı-Qazax yolunun 391 km-liyində fəaliyyət göstərən “Ceyhun” şadlıq sarayı;
11. Tovuz rayonu, Abulbəyli kəndi, “Uğurlu” şadlıq sarayı.
Aşkar olunmuş qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















