İri bank Azərbaycana 100 milyon dollarlıq kreditin ayrılmasını təsdiqlədi
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) CARES Proqramı ilə birlikdə Azərbaycan hökumətinin pandemiyaya reaksiyasını dəstəkləmək üçün 100 mln. ABŞ dolları həcmində birgə maliyyələşdirmə kreditinin ayrılmasını təsdiqləyib.
AİİB-in yaydığı məlumata görə, kredit artıq 15 iyul tarixində təsdiqlənib, lakin ictimaiyyətə bu həftə açıqlanıb.
Qeyd edək ki, iyulun əvvəlində Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın COVID-19 pandemiyasının mənfi sağlamlıq, sosial və iqtisadi təsirlərini azaltmaq üçün hərtərəfli planının həyata keçirilməsinə kömək məqsədi ilə Azərbaycan hökumətinə 250 mln. dollar həcmində kredit xətti təsdiqləmişdi, sözügedən layihənin 100 mln. dollarlıq hissəsi AİİB tərəfindən artıq təsdiqlənib.
Məbləğin qalan 150 mln. dollarlıq hissəsi isə AİB-in Kontrtsiklik Dəstək Müəssisəsi nəzdində COVID-19 pandemiya cavab seçimi (CPRO) vasitəsi ilə maliyyələşdiriləcək. CPRO inkişaf etməkdə olan üzv ölkələrin pandemiyaya cavabı üçün AİB-in 20 mlrd. dollarlıq genişləndirilmiş yardımının bir hissəsi olaraq yaradılıb.
Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat sonra
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























