Azərbaycanda elektron ticarətilə nağdsız ödənişlərdə rekord
2021-ci ilin İyun ayında Azərbaycanda ödəniş kartları ilə 824 milyon manatlıq nağdsız ödənişlər həyata keçirilib.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin İyun ayı ilə müqayisədə cari ilin İyun ayında nağdsız ödənişlər 65% çox olub. 2020-ci ilin İyun ayında nağdsız ödənişlərin həcmi 499 milyon manat təşkil etmişdi.
2021-ci ilin İyun ayında ATM-lər vasitəsilə 51 milyon manatlıq, POS-terminallar vasitəsilə 327 milyon manatlıq, elektron ticarət vasitəsilə 446 milyon manatlıq nağdsız ödənişlər həyata keçirilmişdi. Ötən ilin İyun ayında ATM-lər vasitəsilə 19 milyon manatlıq, POS-terminallar vasitəsilə 174 milyon manatlıq, elektron ticarət vasitəsilə 306 milyon manatlıq nağdsız ödənişlər reallaşdırılmışdı.
2021-ci ilin May ayı ilə müqayisədə İyun ayında nağdsız ödənişlərin həcmi 69 milyon manat və ya 9,1% artıb.
2021-ci ilin yanvar-iyun dövründə (ilk 6 ayda) nağdsız ödənişlərin həcmi 4 milyard 313 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 565 milyon manat və ya 57% çoxdur. Ötən ilin ilk 6 ayında nağdsız ödənişlərin həcmi 2 milyard 748 milyon manat təşkil etmişdi.
Qeyd edək ki, İyun ayında elektron ticarət vasitəsilə nağdsız ödənişlərin həcmi (446 milyon manat) indiyədək qeydə alınmış ən yüksək aylıq məbləğdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























