Azər Türk Bank ilk 6 ayı mənfəətlə başa vurdu
Dövlət bankı Azər Türk Bankın 01 iyul 2021-ci il tarixinə aktivləri 335,4 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 174,5 milyon manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 9% çoxdur.
Bu barədə Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, ümumi gəlirlər 14,4 milyon manatdan çox, xərclər 14 milyon manat olmuşdur. İkinci rübdə Bank 448 min manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən dəfələrlə çoxdur.
Məcmu kapitalın həcmi 50,8 milyon manat olmuşdur. Qeyd edək ki, Azər Türk Bankın məcmu kapitalının adekvatlığı 25,7%, leverec əmsalı 14% təşkil edir ki, bu da müəyyən edilmiş normalardan üç dəfəyə yaxın yüksəkdir. Kapitalın gəlirliyi (RoE əmsalı) 1,4 % səviyyəsində olmuşdur.
Cəmi bank öhdəlikləri 278,8 milyon manat təşkil etmişdir.
Əhali tərəfindən Banka qoyulan əmanətlərin həcmi ötən illə müqayisədə 5% çox, 43,8 milyon manat olmuşdur. Ümumilikdə Bank 129,5 milyon manat həcmində depozit cəlb etmişdir.
Aktiv plastik kartların sayı 79 430 ədəd olmuşdur ki, bu da ötən ilə nisbətən 36% çoxdur.
Bankın müştərilərinin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 42 faiz artaraq, 123 602 nəfərə çatmışdır.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























