Bank sektorunun xalis mənfəətinin 85%-ə yaxını 5 bankın payına düşür
ABB (Beynəlxalq Bank), PAŞA Bank, Kapital Bank, Xalq Bank və Bank Respublika Azərbaycanın ən böyük 5 banklarıdır. Bu bankların hər birinin aktivləri 1 milyard manatdan çoxdur. Azərbaycanda 26 bank fəaliyyət göstərir.
Marja xəbər verir ki, Azərbaycandakı ən böyük 5 bank 2021-ci ilin ilk yarısında 311 milyon 935 min manat xalis mənfəət əldə ediblər. Bu, 2021-ci ilin ilk 6 ayında xalis mənfəət əldə etmiş 22 bankın cəmi 372 milyon 614 min manatlıq xalis mənfəətinin 84%-nə bərabərdir. Qısası, bank sektorunun xalis mənfəətinin 84%-i 5 bankın, 16%-i isə 17 bankın payına düşüb.
26 bankdan 4-ü cari ilin ilk yarısını zərər ilə başa vurublar. Bu bankların cəmi zərəri 6 milyon 300 min manatdır.
2021-ci ilin ilk yarısında ABB 148 milyon 150 min manat, PAŞA Bank 50 milyon 640 min manat, Kapital Bank 99 milyon 772 min manat, Xalq Bank 5 milyon 819 min manat, Bank Respublika isə 7 milyon 554 min manat xalis mənfəət əldə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























