Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Holcim Azərbaycan"ın səhmdarları dividendlərin bölüşdürülməsini təsdiq ediblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Holcim Azərbaycan"ın səhmdarları dividendlərin bölüşdürülməsini təsdiq ediblər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

30 iyul 2021-ci il tarixində Bakı şəhərində "Hyatt Regency" otelində sement istehsalçısı "Holcim Azərbaycan" ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağı keçirilib. 

Şirkədən Marja-ya verilən məlumata görə, iclas iştirakçıları 2019-2020-ci illər üçün illik hesabatları və illik maliyyə hesabatlarını, yeni zamanda Müşahidə Şurası və Təftiş Komissiyasının tərkibi də təsdiqləyiblər. Bundan əlavə, şirkətin Əsasnaməsinə edilən dəyişiklikləri və əlavələri, həmçinin Sənaye Əqli Mülkiyyət müqaviləsinin və Brend Müqaviləsinin təsdiq ediblər.

Reklam_3_11

Yekunda səhmdarlar təklif olunan dividendlərin bölüşdürülməsini təsdiq ediblər və Holcim ASC (Azərbaycan) ilə Holcim Auslandbeteiligungs GMBH arasında kredit müqavilələrinə səs veriblər.

"Holcim Azərbaycan" ASC-nin səhmlərinin 66%-i Holcim LTD-yə, 24%-i Holcim Auslandbeteiligungs GmbH şirkətinə, qalan faizləri isə diqər hüquqi və fiziki şəxslərə məxsusdur. 

"Holcim" tikinti sektoru üzrə dünyanın ən nüfuzlu bir neçə markasını özündə birləşdirir. Bu markalar içərisində "ACC", "Aggregate Industries", "Ambuja Cements", "Disensa", "Firestone Building Products", "Geocycle", "Holcim" və "Lafarge" yer alır. "Holcim" 70,000 işçi ilə 70 bazarda dörd biznes seqmenti üzrə fəaliyyət göstərir. Bu seqmentlərə sement, hazır beton qarışığı, aqreqatlar və məhsullar daxildir.

30.07.2021 16:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18