"Pambıqçılıqda inkişaf etmiş ölkələrin təcrübələrini öyrənib öz sahəmizdə tətbiq etməliyik" - MÜSAHİBƏ
“MKT İstehsalat Kommersiya” MMC-nin Bərdə Filialında Pambıq İstehsalına Nəzarət Şöbəsinin rəisi və həmçinin əməkdar fermer Cavadov Cavad ilə həyata keçirilən müsahibə.
- Pambıqçılıq sahəsində ümumi fəaliyyətiniz, uğur və təcrübələriniz haqqında məlumat.
-1981-ci ildə Bərdə rayon Çaparidze adına kolxozda taxılçılıq aqronomu, 1982-ci ildən 1992-ci ilə qədər isə həmin kolxozda pambıqçılıq briqadiri işləmişəm
29.04.1996 tarixindən 20.12.1998 tarixinə qədər Bərdə rayon Boyəhmədli kolxozunda pambıqçılıq aqranomu, 01.12.2004 tarixindən 30.12.2007 tarixinə qədər MKT Bərdə filalında ərazi nümayəndəsi , 31.12.2007 tarixindən 31.12.2010 tarixinə qədər MKT Bərdə filialında aqranom, 05.01.2011 tarixindən isə MKT Bərdə filalında Pambıq İstehsalına Nəzarət Şöbəsinin rəisi işləyirəm.
- Hal-hazırda neçə hektar torpaq və hansı məhsulların əkini ilə məşğulsunuz.
-Hal-hazırda 56 hektar ümumi torpaq sahəsinin 2 hektarlıq ərazisində yonca, 3 hektarlıq ərazisində taxıl, 51 hektarda isə pambıq əkini həyata keçirilmişəm.
- Bu il pambıq mövsümə necə başladınız, pambıq mövsümünün nəticəsini necə gözləyirsiniz.
-Bu il pambıq mövsümü ərəfəsində havaların kəskin dəyişməsi səpin üçün bəzi çətinliklər yaratdı.Belə ki, intensiv yağan yağışlar səpinin vaxtında aparılmasına çətinliklər yaratdı.İntensiv küləklər sahədəki nəmliyi qaçırdığına görə sahələrdə suvarma işləri apardıq.
Suvarmadan sonra sahələrdə isə xeyli alaq otları əmələ gəldi, amma çətinliklərə baxmayaraq işimizin öhdəsindən gələ bildik. Ona görə də uğurlu nəticələr alacağımıza inanırıq.
- Ən yüksək məhsuldarlığınız neçə sentner olmuşdur.
-Əmək fəaliyyətim boyunca işimdə nizamlı olmağa və həmişə məhsuldarlıq göstəricilərini yüksəltmək üçün çalışmışam. Aldığım ən yüksək məhsuldarlıq 9.30 hektar sahədə hər hektardan 53.4 sentner olmuşdur. Və bu nəticəm Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2-ci dərəcəli Əmək Ordeni ilə təltif edilmişdir.
- Pambığçılıqda məhsuldarlığın artırılması üçün hansı tədbirlər görülməlidir. Hal hazırki çətinliklər və təklifləriniz nələrdir.
-Pambıqçılıda məhsuldarlığın artırılması üçün torpağın düzgün seçilərək hazırlanması və məhsuldar sortların düzgün seçilməsi çox vacibdir.
İnkişaf etmiş ölkələrin kənd təsərrüfatı sahəsində təcrübələrini öyrənib öz sahəmizdə tətbiq etməliyik. Hal-hazırda pambıqçılıqda çətinliklər əsasən su çatışmamazlığıdır. Bu problem isə dövlət gündəmində olduğu üçün tez bir zamanda həllini tapacağına əminəm.
- Fermerlərə nələri məsləhət görərdiniz.
Kənd əməkçilərinin qızıl qaydası var -“Bu günün işini sabaha qoyma“. Bu qaydaya kim əməl etsə uğur qazanar.
- MKT İstehsalat Kommersiya MMC-nin fermerlərlə olan fəaliyyyətindən razısınızmı.
-“MKT İstehsalat Kommersiya” MMC mənim qəlbimdə bünövrəsi möhkəm olan bir qrumdur. Fermerlərlə olan fəaliyyyətindən də tam razıyam.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 40 d. əvvəl
-
- 48 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
2 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma












.jpg)


.jpg)










