“AtaSığorta” 11 filial və nümayəndəlik açacaq - BÖYÜK HƏMLƏ
Şirkət bütün regionlarda böyüməkdə davam edəcək
Müştərilərə daha yaxın olmaq və onlara yüksək xidmətlər göstərmək məqsədilə "Ata Sığorta" ASC Sumqayıt şəhərində (Heydər Əliyev prospekti, 16-cı məhəllə ünvanında) filialını açıb.
"Marja" xəbər verir ki, bunu “AtaSığorta”ASC-nin İdarə Heyətinin Üzvü, Sığorta Xidmətləri Departamentinin direktoru Qoşqar Həsənov bildirib.
Belə ki, 2013-cü – 2018 - ci illər üzrə şirkətin strateji planına uyğun olaraq regionlarda filiallar, nümayəndəliklər, satış ofislərini və agent şəbəkəsinin genişləndirilməsinə başlanmışdır. Nəticədə, 7 filial, 6 nümayəndəlik, 34 satış ofisi və 55 lisenziyalı sığorta vasitəçiləri bizimlə müştərilərə yaxından xidmət göstərir.
Qoşqar Həsənov qeyd edib ki, 2018 - ci ilin sonuna qədər sığorta şirkəti öz strateji inkşaf xəttinə uyğun olaraq, Bakı şəhəri daxil olmaqla bütün regional ərazilər üzrə böyüməsini davam etdirəcəkdir.
"May ayından başlayaraq yeni 11 filial və nümayəndəlik açılacaq. 2017-ci ilin sonuna qədər filial və nümayəndəliklərimizin sayı 24-ə çatacaqdır. Həmçinin, lisenziyalı sığorta vasitəçilərimizin sayını 100 çatdırılmasını planlaşdırırıq.
Bu işlərin nəticəsi olaraq şirkətimiz könüllü və icbari sığorta məhsullarının satışının təşkili və həyata keçirilməsində müsbət kəmiyyət və keyfiyyət dinamikasına nail olmaqla yanaşı sığorta bazarında ən geniş şəbəkəyə malik özəl şirkətlərdən biri kimi daim müştərilərinə keyfiyyətli xidmət göstərəcəkdir.
Qeyd etdiyim kimi, geniş şəbəkəyə malik olmaqla filial və nümayəndəliklərimizdə hadisələr üzrə qəza komisarlarının olması ilə bütün ərazilərdə hadisələr üzrə 24 saat aktiv xitmət göstərməklə müştərilərimizin rahatlığını təmin edirik.
Şirkətimizin əsas missiyası sağlam rəqabət aparmaqla, sığorta bazarında öz mövqeyini, nüfuzunu və müştəri məmnuniyyətini qorumaqdır".
Qoşqar Həsənov, "Bununla yanaşı, Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta Bazarlarına Nəzarət departamentinin gördüyü işlər və yeni lahiyyələri biz sığorta şirkətlərini də daha səmərəli işləməyə istiqamətləndirir. Nəzarət Palatası tərəfindən sığorta bazarında sığorta vasitəçilərinin müştərilərə verdiyi endirimlərin və güzəştlərin qarşısını almaqda böyük səy göstərirlər.
Bu əzmkarlığın nəticəsində, artıq icbari sığortanı alan insanlar bundan əvvəl sığorta şirkəti seçəndə ucuz qiymətin ardınca qaçırdılarsa və keyfiyyətə o qədər diqqət vermirdilərsə, artıq müştərilər güvənli xidmətə və keyfiyyətə önəm verən şirkətlərə üz tutmağa başlayıblar",- deyə əlavə edib.
“AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Nizamnamə kapitalı 12.4 milyon manat olan şirkət 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
6 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 7 saat əvvəl
-
8 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
8 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



























