Qızıl üçün gözlənilən gün gəldi
Qızıl sərmayəçilərinin fokuslandığı ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq.
Marja xəbər verir ki, məşğulluq artımı proqnozdan aşağı qalması ya da üstələməsi ilə iqtisadi inkişafın gedişatı və Fed-in qiymətli kağız alışını (pul emissiyası) azaldıb-azaltmayacağı ilə əlaqədar ipucu verəcək. İyulda məşğulluğun 870 min artdığı və işsizlik nisbətinin 5,7%-ə düşdüyü nəzərdə tutulur. İyunda məşğulluq 850 min artmış, işsizlik nisbəti 5,9% təşkil etmişdi.
Qızılın unsiyasının qiyməti, bu gün açıqlanacaq kənd xarici məşğulluq məlumatı əvvəlində 1800 dollara qədər geriləyib.
Fed-dən verilən açıqlamalarda, məşğulluq bazarının, qiymətli kağız alışının azaldılması qərarına təsir edəcək ana faktorlardan biri olacağı vurğulanmışdı. Pul siyasətinin sərtləşdirilməsi (faizin artırılması) və qiymətli kağız (aktiv) alışının azaldılması faizsiz bir aktiv olan qızılın ucuzlaşmasına səbəb ola bilər. Koronavirusun Delta variantının sürətlə yayılması narahatlığı artırır və iqtisadi inkişaf sürətini aşağı salır. Belə bir vəziyyət aşağı faizlərin və qiymətli kağız alışlarının daha uzun müddət davam etməsinə səbəb ola bilər. Məşğulluğun proqnozdan aşağı qalması qızılın bahalaşmasına səbəb ola bilər.
Unsiya qızıl İyun ayını 2016-cı ildən bu yana ən pis performansı ilə bağladıqdan sonra İyul ayında 2,49% ətrafında bahalaşıb və Avqust ayına yaxşı bir başlanğıc etmişdi. Keçən həftə 1830 dolların üzərini görən qızılın unsiyası, bu gün açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq məlumatı əvvəlində 1800 dollar ətrafında ticarət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
54 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)






